“Rabitəbank” ASC cərimələnib

"Rabitəbank” ASC-nə yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulması və ya yerinə yetirilməməsi səbəbindən cərimə yazılıb. Bu barədə e-mehkeme.gov.az portalında məlumat yerləşdirilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələ müəyyən edilməyib.
www.anews.az
"Bank barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub", - saytda yerləşdirilən məlumatda deyilir.
İşə Sumqayıt Şəhər Məhkəməsində hakim Ramiz Quliyevin sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunsa, "Rabitəbank” üç yüz əlli manatdan beş yüz manatadək məbləğində cərimə edilə bilər.
Eltac Nurullazadə
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 