• $ 1.7
  • € 1.7658
  • ₽ 1.9384
  • ₺ 0.0465
  • £ 2.1392

Köhnə avtomobillərin Azərbaycana girişinə qadağa sabahdan qüvvəyə minəcək

Köhnə avtomobillərin Azərbaycana girişinə qadağa sabahdan qüvvəyə minəcək
26.04.2023 19:39
Aprelin 28-dən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılır. Bu, Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli qərarında əksini tapıb Qərar dərc edildiyi gündən 30 gün sonra, yəni  aprelin 28-də qüvvəyə minir.  
 
Millət vəkili Aydın Hüseynovun sözlərinə görə, bu qərar nəqliyyat sektoruna ciddi təsir göstərməyəcək.  
 
"Bildiyiniz kimi bütün dünyada köhnə maşınlar bu və ya digər formada  dövriyyədən çıxarılır. Bu ilk növbədə yanacaq sərfiyyatı ilə bağlıdır. Yəni bu maşınların istifadəsi üçün daha cöx yanacaqdan istifadə olunur. Həmçinin bunun səbəbi elektirik enerjisindən istifadə və ekoloji problemlərlə birbaşa əlaqəlidir. Son dövrlərdə bu maşınlara tələbat da çox deyil. İndi hər kəs  yeni  maşın almağa çalışır.  Ona görə də bu qərar nəqliyyat sektoruna ciddi təsir göstərməyəcək”, - Hüseynov bildirib. 
 
 Yasin Mustafayev isə bu qərarı gecikmi. qərar sayır.  
 
"Bu gözlənilən qərar idi. Cünki Azərbaycan Avropanın, Asiyanın inkişaf etmiş ölkələrinin sanki maşın zibilliyinə dönmüşdü. İndiyədək Azərbaycanda avtomobil parkları çox köhnə idi. Bu da təbii ki, həm ekologiyaya zərər vurur, həm texniki təhlükəsizlik baxımından uyğun deyil. Buna görə də çoxlu qəzalar baş verir. Bu cəhətdən bu qərar daha əvvəldən gözlənilənilirdi. Düzdür müəyyən qədər qiymət artımı olacaq amma bir məsələni qeyd etmək lazımdır ki, insan həyatından heç nə vacib deyil. Digər tərəfdən qlobal istiləşmə dövründə bu avtomobillərin atmosferə buraxdığı zəhərli qazlar da  təhlükə yaradır. Bir müddətdən sonra  qərarın tətbiq müddəti beş ilə də endirilə bilər”, - Mustafayev bildirib.  
 
Dövlət Gömrük Komitəsi bəyan edib ki, 2023-cü il 29 mart tarixinədək (29 mart tarixi də daxil olmaqla) xarici ölkələrdən alınmış və bunu təsdiq edən müvafiq ödəniş sənədləri gömrük orqanlarına təqdim edilməklə gətirilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi nəzərdə tutulub. 
 
 
Eltac Nurullazadə  
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir
İqtisadiyyat 17:21
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir

Yelo Sabit ilə pulunu gəlir mənbəyinə çevir!
İqtisadiyyat 17:09
Yelo Sabit ilə pulunu gəlir mənbəyinə çevir!
Qarabağa ziyarət xarakterli reyslər müntəzəm reyslərlə əvəz edilir
İqtisadiyyat 15:30
Qarabağa ziyarət xarakterli reyslər müntəzəm reyslərlə əvəz edilir
Media nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
İqtisadiyyat 14:38
Media nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
Yanvarda qızıldan əldə olunan gəlir açıqlanıb
İqtisadiyyat 11:26
Yanvarda qızıldan əldə olunan gəlir açıqlanıb
“Azərkosmos”un ixrac gəlirləri artıb
İqtisadiyyat 11:23
“Azərkosmos”un ixrac gəlirləri artıb
Azərbaycan neftinin qiyməti 76 dolları ötüb
İqtisadiyyat 09:58
Azərbaycan neftinin qiyməti 76 dolları ötüb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:18
Bu günə olan məzənnə açıqlanıb
Gələn il qadınların orta əməkhaqqı kişilərin orta əməkhaqqının 80%-nə çatacaq
İqtisadiyyat 14:42
Gələn il qadınların orta əməkhaqqı kişilərin orta əməkhaqqının 80%-nə çatacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol