Ruslan Əliyevdən əlini üzmüş sakinlər İnam Kərimova ümidlidilər - ŞİKAYƏT

"Azəriqaz” İstehsalat Birliyi Bakının Yasamal
rayonunda yerləşən Qurban Xəlilov
küçəsi, 5 ünvanında yaşayan çoxmərtəbəli yaşayış binasınn sakinlərindən "işlətmədikləri qazın müqabilində nə az, nə
çox 1500 manat pul ödəməyi tələb edir. Bunun binanın sakinləri anews.az-a ünvanladıqları şikayətdə bildiriblər.
Sakinlər bildirir ki, "Yasamal-15” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən idarə olunan binanın öz qazanxanası var və qazanxanın qaz sərfiyyatını "Azəriqaz” İB-nin binada quraşdırdığı sayğac hesablayır. Amma bu sayğac 2020-ci ilin may-iyununda sakinlərin işlətdiyindən daha çox qaz sərfiyyatı qeydə alıb. Nəticədə "Azəriqaz” sakinlərdən əlavə pul ödəməyi tələb edib.
05.2018 - 3231 m3;
06.2018 - 2545 m3;
iki ay ərzində cəmi: 5776 m3;
05.2019 - 3764 m3;
06.2019 - 2793 m3;
iki ay ərzində cəmi: 6557 m3;
05.2020 - 4323 m3;
06.2020 - 9992 m3;
iki ay ərzində cəmi: 14315 m3;
05.2021 - 2998 m3;
06.2021 - 1658 m3;
iki ay ərzində cəmi: 4656 m3;
05.2022 - 4418 m3;
06.2022 - 2152 m3;
iki ay ərzində cəmi: 6569 m3;
Komendantın iddiada
"Azəriqaz"ın qaz sərfiyyatını yenidən hesablamağa və real fakturanı
təqdim etməyə çağırılması xahişinin yer aldığı barədə cavabı hakimi qane
etməyib. "Başa düşmürəm, nə istəyirsiniz, qoy vəkiliniz və ya "Yasamal-15”
Müştərək Cəmiyyətinin sədri gəlsin" deyən hakim iclası daha bir ay da təxirə salıb.
Məsələ ilə bağlı "Azəriqaz” İB-nin
mətbuat katibi Eldəniz Vəliyevə müraciət etdik. Məsələni araşdıran qurum
sözçüsü bildirdi ki, hazırda iş məhkəmədədir. Məhkəmə nə qərar versə İB onu "can balka yerinə yetirəcək”.
Bir tərəfdən "Azəriqaz" əməkdaşları tərəfindən qanunsuzluq, digər tərəfdən məhkəmə orqanlarının bu qanunsuzluğu açıq şəkildə dəstəkləməsi ilə üzləşdiklərini deyən sakinlər bildiri ki, "Azəriqaz” rəhbərliyində kadr dəyişikliyi olsa da bu idarənin iş üsulunda heç nə dəyişməyib.
N.Təbrizli
www.anews.az
Sakinlər bildirir ki, "Yasamal-15” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən idarə olunan binanın öz qazanxanası var və qazanxanın qaz sərfiyyatını "Azəriqaz” İB-nin binada quraşdırdığı sayğac hesablayır. Amma bu sayğac 2020-ci ilin may-iyununda sakinlərin işlətdiyindən daha çox qaz sərfiyyatı qeydə alıb. Nəticədə "Azəriqaz” sakinlərdən əlavə pul ödəməyi tələb edib.
Belə ki, göstəriciləri
müqayisə etməklə bunu aydın görmək olar:
06.2018 - 2545 m3;
iki ay ərzində cəmi: 5776 m3;
05.2019 - 3764 m3;
06.2019 - 2793 m3;
iki ay ərzində cəmi: 6557 m3;
05.2020 - 4323 m3;
06.2020 - 9992 m3;
iki ay ərzində cəmi: 14315 m3;
05.2021 - 2998 m3;
06.2021 - 1658 m3;
iki ay ərzində cəmi: 4656 m3;
05.2022 - 4418 m3;
06.2022 - 2152 m3;
iki ay ərzində cəmi: 6569 m3;
Amma bu rəqəmlər "Azəriqaz”İB üçün yetərli olmayıb. Sakinlərin
dəfərlərlə etdikləri müraciətdən sonra "Azəriqaz"
İB-nin Yasamal rayon idarəsinin əməkdaşları sayğacı labaratoriya yoxlamasına
göndərib və onun yerinə yeni sayğac quraşdırıblar.
"Azəriqaz"ın Metrologiya
Laboratoriyasında sayğacın yoxlanılması nəticəsində onun nasaz olması və
istifadə olunmuş qaz göstəricilərinin real sərfiyyatdan iki dəfədən çox artıq
olması bəlli olub. Amma, bunun sübut edilməsinə baxmayaraq, "Azəriqaz” sakinlərə təqdim etdiyi
1500 manatlıq borcu silməyib və sakinlərə real faktura kəsməyiblər.
Sakinlər dəfələrlə "Azəriqaz" sədri Ruslan Əliyevə şəxsən
müraciət etdiklərini də bildirir. Amma
müəssisə rəhbəri də onlara yardımçı olmayıb.
Son 2022-ci ilin noyabrında
Müştərək Cəmiyyət "Azəriqaz"ın baş ofisinin yerləşdiyi ərazi üzrə
Bakının Xətai Rayon Məhkəməsinə iddiaərizəsi ilə müraciər edib.
Lakin bir ay sonra Kommersiya
Məhkəməsinə müraciət etmək təklifi ilə iddianın qəbulundan imtina cavabı gəlib.
Sentyabrda Kommersiya Məhkəməsinə müraciət olunub, noyabrın sonlarında bu
məhkəmədən Xətai Rayon Məhkəməsinə müraciət edilməli olduğu haqqında cavab
gəlib.
Düz 3 ay davam edən get-gəldən
sonra 2022-ci ilin dekabrında Müştərək Cəmiyyətin Xətai Rayon Məhkəməsinə
təkrar müraciəti nəhayət ki, qəbul olunub və ilk iclas 2023-cü il yanvarın
13-də ilk iclas təyin edilib.
Hakim Pərviz Zamanlı üç nəticəsiz
məhkəmə iclası keçirib, hər iclasda sakinlərin nümayəndəsindən sakinlərin
adından danışmaq hüququnu təsdiq edən arayış tələb edib.
Sakinlərin sözlərinə görə, martın
9-da keçirilən sonuncu iclasda iddia
ərizəsini qarşısına qoyan hakim sakinlərin nümayəndəsinə "Siz nə tələb edirsiz?" sualını
verəndə isə sakinlərin tamam matı quruyub.
Sakinlər deyir ki "Azəriqaz"ın nümayəndəsi sonuncu
iclasdan başqa heç bir iclasa gəlməyib və yay aylarında qazanxana işləmədiyi
halda qaz sərfiyyatının necə isitmə mövsümündəki ilə eyni ola biləcəyi haqqında
suala cavab verə bilməyib.
Bir tərəfdən "Azəriqaz" əməkdaşları tərəfindən qanunsuzluq, digər tərəfdən məhkəmə orqanlarının bu qanunsuzluğu açıq şəkildə dəstəkləməsi ilə üzləşdiklərini deyən sakinlər bildiri ki, "Azəriqaz” rəhbərliyində kadr dəyişikliyi olsa da bu idarənin iş üsulunda heç nə dəyişməyib.
İndi onların ümidi Ali Məhkəmə
sədri İnam Kərimovadır. Çünki məhkəmə sakinlərin son ümid yeridir.
www.anews.az
Son xəbərlər
Daha çox 