Azərbaycan Ermənistanla sülh danışıqlarında iştiraka hazırdır - nazir
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanla sülh müqaviləsi üzrə qarşıdan gələn növbəti danışıqlar raundunu qiymətləndirilməsinə real yanaşmağa çağırıb və prosesin asan olmayacaını qeyd edib.
"(...) Biz, əlbəttə ki, bütün vasitəçilərə minnətdarlığımızı bildiririk, xüsusən də son həftələrdə ABŞ-a bu istiqamətdə müsbət addımlar atdığına görə minnətdarıq. Bu addımların nəticəsidir ki, Ermənistan danışıqlar masası arxasında oturmağa razılıq verib. Ermənistan prosesə qayıtdığını bəyan edib. Əlbəttə, bizim gözləntilərimiz real olmalıdır, bu, asan proses deyil, lakin müntəzəm danışıqların aparılması mühüm mərhələ və addımdır”, - Bayramov cümə axşamı Bakıda Fransanın xarici işlər naziri Ketrin Kolonna ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Bakı danışıqlarda iştirak edəcək və "sülh prosesinə nail olmaq üçün mümkün olan hər şeyi etməyə hazırdır”.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova cümə axşamı bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Moskvada keçiriləcək görüşlə bağlı razılıq əldə olunub. "Belə bir görüş ilə bağlı razılıq əldə olunub. Konkret tarix daha sonra açıqlanacaq”, o, brifinqdə bildirib.
Rusiya Federasiyası, Azərbaycan və Ermənistan xarici işlər nazirləri 2022-ci il dekabrın 23-də Moskvada görüşməli idilər, lakin İrəvanın imtinası səbəbindən üçtərəfli görüş son anda pozulub.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox