Mirzoyan Bayramovla danışıqlar masasında görüşəcəyini təsdiqləyib
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovla keçiriləcəyi görüşü təsdiqləyib. Bu barədə cümə axşamı yerli KİV-ə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"Görüşlərlə bağlı təkliflər var idi, indi də razılaşmalar var. Konkret tarixi sonra qeyd edəcəyik", - mətbuat xidmətindən bildiriblər.
Cümə axşamı Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında qeyd edib ki, Ermənistanın yaxın vaxtlarda danışıqlar masasına qayıtması gözlənilir.
Eyni zamanda Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib ki, Ermənistan və Azərbaycan diplomatik idarələrinin rəhbərləri arasında görüş barədə razılıq əldə olunub.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox