• $
  • £

Polad Bülbüloğlu: Azərbaycan regionda uzunmüddətli sülhün bərqərar olmasında maraqlıdır

Polad Bülbüloğlu: Azərbaycan regionda uzunmüddətli sülhün bərqərar olmasında maraqlıdır
27.04.2023 21:31

27 aprel 2023-cü il tarixində Səfir Polad Bülbüloğlu Rusiya Federasiyasının Xarici İşlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb.
 
Səfirlikdən verilən məlumata görə, görüşdə Laçın-Xankəndi yolunda yaranmış vəziyyət müzakirə edilib, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına dair Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında indiyədək əldə edilmiş razılaşmalara ciddi əməl olunmasının vacibliyi bir daha təsdiqlənib.

Polad Bülbüloğlu Azərbaycan Respublikasının regionda uzunmüddətli sülhün bərqərar olmasında maraqlı olduğunu və üçtərəfli bəyanatın müddəalarına sadiq qaldığını diqqətə çatdırıb.

Səfir qeyd edib ki, Ermənistan tərəfi sözügedən bəyanatın müvafiq bəndlərini pozaraq, regionda bütün kommunikasiya xətlərinin açılması və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycanın suveren ərazilərindən qeyri-qanuni erməni birləşmələrinin çıxarılması ilə bağlı öhdəliklərini bu günədək yerinə yetirməyib.

Üçtərəfli bəyanata zidd olaraq, məhz Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina və digər hərbi təyinat vasitələrinin daşınmasının qarşısının alınması üçün tərəfimizdən Azərbaycanın suveren ərazisi olan Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi yaradılıb.

Bununla yanaşı, Polad Bülbüloğlu qarşı tərəfin diqqətinə çatdırıb ki, Azərbaycan Laçın yolundan istifadədə şəffaflığın qorunmasını təmin edəcək və həmin yol 3 istiqamət - vətəndaşlar, yüklər və nəqliyyat vasitələri üçün nəzərdə tutulub.

Əvvəl də olduğu kimi Laçın yolundan Rusiya sülhməramlı kontingenti, Beynəlxalq Qırmızı Xaç Komitəsi və humanitar məqsədli nəqliyyat vasitələrinin keçidi üçün tam şərait yaradılacaq və bütün digər humanitar xarakterli məsələlər öz həllini tapacaqdır.

Ermənistan tərəfindən yerləşdirilmiş minaların qurbanları olan vətəndaşlarımızın artdığını vurğulayan Səfir, son olaraq, Şuşa rayonu ətrafında yük avtomobilinin minaya düşməsi nəticəsində 3 Azərbaycan hərbçisinin xəsarət aldığını və hadisə baş verən əraziyə keçirilmiş baxış zamanı minaların 2021-ci ildə Ermənistanda istehsal olunduğunun müəyyən edildiyini qeyd edib. Bu hadisənin ermənilərin növbəti mina təxribatı kimi dəyərləndirildiyini, yeni nəzarət–buraxılış məntəqəsinin məhz gələcəkdə bu kimi hadisələrin təkrar olunmaması üçün qurulduğunu bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan İrana drona atmasına görə etiraz edib
Siyasət 12:47
Azərbaycan İrana drona atmasına görə etiraz edib
İranın atdığı dron nəticəsində 2 nəfər xəsarət alıb - XİN
Siyasət 12:44
İranın atdığı dron nəticəsində 2 nəfər xəsarət alıb - XİN
Nəbiyev britaniyalı nazirlə görüşüb
Texnologiya 10:42
Nəbiyev britaniyalı nazirlə görüşüb
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol