Şərurun polis rəisi işdən çıxarılıb- YENİ TƏYİNAT

Naxçıvan Muxtar Respublikasının Şərur Rayon Polis Şöbəsinə rəisi işdən azad olunub.
Apa-nın məlumatına görə, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Nəsib İsmayılov Polis Şöbəsinin rəisi vəzifəsindən çıxarılıb.
Başqa bir əmrlə Nəsib İsmayılov Naxçıvan Daxili İşlər Nazirliyində müvafiq vəzifəyə təyin edilib.
Naxçıvan daxili işlər nazirinin digər əmri ilə polis polkovniki Orxan Axundzadə Şərur Rayon Polis Şöbəsinin rəisi təyin olunub.
www.anews.az