"Azərkosmos"un gəlirləri azalıb

2023-cü ilin ilk dörd ayında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") 40 ölkəyə 5,4 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya və optik peyk xidmətləri ixrac edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 ölkə çox və 0,8 milyon ABŞ dolları (12,9 %) azdır. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı "İxrac icmalı”nın aprel sayında bildirilir.
Bildirilir ki, yanvar-martda "Azərkosmos"un ixrac gəlirləri onun ümumi gəlirlərinin 80 %-ni təşkil edib ki, bu da illik müqayisədə 6 faiz bəndi azdır.
Ötən ay "Azərkosmos" 39 ölkəyə 1,8 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib, bu ötən ilin eyni dövrü ilə müqayisədə 9 ölkə və 0,3 milyon ABŞ dolları (14,3 %) çoxdur.
3 ay ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində Böyük Britaniya (1,2 milyon ABŞ dolları), Lüksemburq (1 milyon ABŞ dolları), Fransa (805,7 min ABŞ dolları), BƏƏ (446 min ABŞ dolları) və Almaniya (252,5 min ABŞ dolları) qərarlaşıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos”) 2022-ci ili 1,429 milyon manat mənfəətlə başa vurub.
Kosmik Agentlik Prezident İlham Əliyevin 27 aprel 2021-ci il tarixli fərmanına əsasən, 2011-ci ildən fəaliyyət göstərən "Azərkosmos" ASC-nin bazasında yaradılıb.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 