İrəvanla Bakı mayın sonuna kimi sülh müqaviəsini imzalaya bilər - Ermənistan mətbuatı
ABŞ Ermənistana təzyiq edir ki, Azərbaycanla tezliklə sülh müqaviləsi imzalasın. Bu barədə Ermənistanın "Hraparak” qəzeti yazır.
Bu gün səhər saatlarında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə bildirib ki, Ermənistan və Azərbaycan nümayəndələri sülh sazişi üzrə danışıqları davam etdirmək üçün yaxın vaxtlarda görüşəcəklər.
www.anews.az
Nəşrin məlumatına görə, Vaşinqton sənədin ilkin variantının mayın sonuna qədər imzalanmasını istəyir.
"Tərəflər onun ilkin variantını may ayının sonuna kimi təsdiq etməlidir. Müqavilə layihəsi bu yaxınlarda Nikol Paşinyanla görüşən ABŞ dövlət katibinin müavini Erika Olson tərəfindən Ermənistana gətirilib”, - məqalədə deyilir.
Qəzet qeyd edir ki, təkliflər Ermənistan hakimiyyəti üçün ürəkaçan deyil və hazırkı hakimiyyət buna razılıq vermir.
Nəşr Qərbin tələskənliyini Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı və "Rusiya üzərində yekun qələbə” gözləntiləri ilə əlaqələndirir.
Hraparak hesab edir ki, ABŞ Ermənistanı "təzyiq altına almaq qərarına gəlib” və onu Azərbaycanla sülh müqaviləsi imzalamağa məcbur edib.
Bu gün səhər saatlarında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə bildirib ki, Ermənistan və Azərbaycan nümayəndələri sülh sazişi üzrə danışıqları davam etdirmək üçün yaxın vaxtlarda görüşəcəklər.
Bir gün əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanı danışıqlar masasına qaytardığına görə ABŞ-a təşəkkür edib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox