“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə ixrac azalıb

2023-cü ilin aprelində İxraca Dəstək Mərkəzi 10 ayda Azərbaycandan 24,6 milyon ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 milyon ABŞ dolları yaxud 15,75 % azdır. Bu barədə Mərkəzin hazırladığı "İxrac icmalı”nın aprel sayında bildirilib.
Yanvarda bu göstərici $9,8 milyon, fevralda $13,6 milyon, martda $17,5 milyon təşkil edib.
2022-ci ildə "Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə $269,7 milyon məbləğində ixrac həyata keçirilib (2021-ci illə müqayisədə artım 14,7%).
"Bir Pəncərə” İxraca Dəstək Mərkəzi "Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin 22 fevral 2017-ci il tarixli Fərmanı əsasında yaradılıb.*
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 