• $
  • £

Milli Məclisin İntizam Komissiyası deputat Vahid Əhmədova töhmət verdi

Milli Məclisin İntizam Komissiyası deputat Vahid Əhmədova töhmət verdi
28.04.2023 18:13

Aprelin 28-də Milli Məclisin İntizam komissiyasının iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, iclası açan komissiyanın sədri Eldar İbrahimov bildirib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın müraciətinə əsasən, iclasda parlamentin deputatı Vahid Əhmədovun son müsahibəsində səsləndirdiyi fikirlərlə əlaqədar məsələyə münasibət bildiriləcək.
 
Komissiya sədri diqqətə çatdırıb ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə Qoşulmama Hərəkatı kimi nüfuzlu bir beynəlxalq təşkilata sədrlik edən ölkədir. Belə bir ölkənin parlamenti haqqında Vahid Əhmədov kimi təcrübəli bir deputatın həmin müsahibədə səsləndirdiyi fikirlər qəbuledilməzdir.

İclasda çıxış edən komissiya üzvləri Nizami Səfərov, Səttar Möhbalıyev, Nəsib Məhəməliyev, Məşhur Məmmədov, Afət Həsənova, Madər Musayev, komissiyanın katibi Nurlan Həsənov bildiriblər ki, qanunvericiliyə əsasən, deputatın müsahibə vermək hüququ var və onun bu hüququ məhdudlaşdırıla bilməz. Lakin deputat verdiyi müsahibədə Milli Məclis deputatının etik davranış qaydalarına uyğun olmayan fikirlər söyləməməlidir. Deputat öz imicindən daha çox xalqın və dövlətin mənafeyini düşünməli, nəzərə almalıdır ki, deyilən fikirlər ölkəmizə düşmən münasibət bəsləyən qüvvələr tərəfindən bizim əleyhimizə istifadə oluna bilər.

İclasda deputat Vahid Əhmədov çıxış edərək məsələyə öz münasibətini açıqlayıb.

İclasın sonunda komissiyanın qərarı ilə Milli Məclisin Daxili Nizamnaməsinin 45-ci maddəsinin birinci bəndində göstərilən əsasa görə deputat Vahid Əhmədov barəsində töhmət intizam tədbiri tətbiq edilib. Bununla da iclas başa çatıb.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan İrana drona atmasına görə etiraz edib
Siyasət 12:47
Azərbaycan İrana drona atmasına görə etiraz edib
İranın atdığı dron nəticəsində 2 nəfər xəsarət alıb - XİN
Siyasət 12:44
İranın atdığı dron nəticəsində 2 nəfər xəsarət alıb - XİN
Nəbiyev britaniyalı nazirlə görüşüb
Texnologiya 10:42
Nəbiyev britaniyalı nazirlə görüşüb
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol