• $
  • £

ADNA terrorundan 14 il ötür

ADNA terrorundan 14 il ötür
30.04.2023 10:00
Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - red.) törədilən terror hadisəsindən 14 il ötür. 

2009-cu il aprelin 30-da səhər saatlarında ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 ünvanında yerləşən ikinci korpusuna daxil olan Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Fərda Qədirov binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə "Makarov” tipli tapançadan atəş açıb. 

O, hadisə zamanı 12 nəfəri öldürüb, 13 nəfəri yaralayıb. Daha sonra intihar edib.

Faktla bağlı Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürmə, qaçaqmalçılıq, qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə və qanunsuz olaraq narkotik vasitələri əldəetmə, saxlama və daşıma maddələri ilə cinayət işi açılıb.

Hüquq-mühafizə orqanlarının apardığı araşdırmadan sonra məlum olub ki, terror aktı törədən Fərda Qədirov erməni xüsusi xidmət orqanlarının sifarişini yerinə yetirib. İstintaq materiallarına görə, o, Gürcüstan vətəndaşı Mardun Qumaşyan adlı erməni ilə mütəmadi əlaqədə olub. Hətta hadisəni törətmək üçün ona külli miqdarda pul və silah verilib.

Mardun Qumaşyan barəsində həbsli axtarış elan edilərək "İnterpol”a verilib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Neft Akademiyasında törədilən kütləvi qətllə bağlı məhkəmə keçirilib. İşlə bağlı Cavidan Əmirov, Nadir Əliyev, Arif Qabulov və Nəcəf Süleymanov cəzalandırılıblar. 

Onlardan Arif Qabulov 11 il müddətinə, digərləri isə ömürlük azadlıqdan məhrum ediliblər.

Terror zamanı həyatını itirən şəxslərin siyahısı:
1. Məmmədov Taleh Tariyel oğlu, 1980-ci il təvəllüdlü (Sumqayıt şəhəri, II mikrorayon)
2. Qurbanova Ayna Abbasqulu qızı, 1957-ci il təvəllüdlü (Salyan şəhəri)
3. Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü (Bakı şəhəri, Xətai rayonu Babək prospekti)
4. Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü (Cəlilabad şəhəri, Füzuli küçəsi)
5. Abdullayev Ramiz Xəlil oğlu, 1940-cı il təvəllüdlü (Bakı şəhər, VII mikrorayon)
6. Vahidov Məcnun Abdulvahid oğlu, 1946-cı il təvəllüdlü (Bakı şəhər, IX mikrorayon)
7. Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü (Şirvan şəhəri)
8. Abdullayev Emin İmaməli oğlu, 1989-cu il təvəllüdlü (Daşkəsən şəhəri)
9. Babaşov Ruslan Cəfər oğlu, 1990-cı il təvəllüdlü (Sabirabad rayonu)
10. Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlü (Bakı şəhəri, Yasamal rayonu)
11. Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü (Bakı şəhəri, Füzuli küçəsi)
12. Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü (Bakı şəhəri)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın Tehrandakı Səfirliyinin 9 əməkdaşı İrandan təxliyə olunub - Yenilənib
Cəmiyyət 00:26
Azərbaycanın Tehrandakı Səfirliyinin 9 əməkdaşı İrandan təxliyə olunub - Yenilənib
Masallıda tüfənglə insident törədən şəxs saxlanılıb
Cəmiyyət 22:33
Masallıda tüfənglə insident törədən şəxs saxlanılıb
DTX SEPAH-ın Azərbaycanda planlaşdırdığı terror aktlarının qarşısını alıb
Cəmiyyət 22:10
DTX SEPAH-ın Azərbaycanda planlaşdırdığı terror aktlarının qarşısını alıb
MEDİA-dan İranla bağlı saxta məlumat yayanlara - Xəbərdarlıq
Cəmiyyət 21:41
MEDİA-dan İranla bağlı saxta məlumat yayanlara - Xəbərdarlıq
Bayram və istirahət günlərində hava necə olacaq?
Cəmiyyət 21:39
Bayram və istirahət günlərində hava necə olacaq?
Ramazanın on yeddinci gününün duası- İmsak və iftar vaxtı
Cəmiyyət 20:28
Ramazanın on yeddinci gününün duası- İmsak və iftar vaxtı
Bu tuneldə hərəkət qismən məhdudlaşdırılacaq
Cəmiyyət 20:14
Bu tuneldə hərəkət qismən məhdudlaşdırılacaq
Gəncədə “Chevrolet” yük maşını ilə toqquşub, xəsarət alan var
Cəmiyyət 19:26
Gəncədə “Chevrolet” yük maşını ilə toqquşub, xəsarət alan var
Bakı, Sumqayıt, Qax və Samuxda yaşıllıqlara 63 min manatdan çox ziyan vurulub
Cəmiyyət 19:00
Bakı, Sumqayıt, Qax və Samuxda yaşıllıqlara 63 min manatdan çox ziyan vurulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol