• $
  • £

Trendyol Azərbaycanda müştərilərə bu şəkildə xidmət göstərəcək - PAŞA Holding ilə müqavilə

Trendyol Azərbaycanda müştərilərə bu şəkildə xidmət göstərəcək - PAŞA Holding ilə müqavilə
30.04.2023 16:41
Türkiyənin aparıcı e-ticarət platforması və Avropanın ən böyük texnologiya şirkətlərindən biri olan "Trendyol” "PAŞA Holding” ilə müqavilə bağlayıb.

Müqaviləyə əsasən, tərəflər Azərbaycanda birgə elektron ticarət xidmətləri göstərəcək.

"Trendyol” və "PAŞA Holding” Azərbaycanda e-ticarət xidmətlərinin göstərilməsi üçün birgə şirkətin yaradılması barədə razılığa gəliblər.

"PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov bu barədə fikirlərini bölüşərək deyib:

"Artıq neçə müddətdir ki, Azərbaycanda "Trendyol”un məhsul və xidmətlərinə ciddi istehlak tələbi müşahidə olunur. Bu müqavilə ilə biz həm şirkət olaraq rəqəmsal pərakəndə satış ekosistemində fəaliyyətimizi genişləndirəcəyik, həm də qardaş ölkələrimiz arasında e-ticarət təcrübəsinin paylaşılmasını təmin edəcəyik”.

Trendyol Qrupunun prezidenti Çağlayan Çetin strateji tərəfdaşlığın ortaq sinerjiləri artıracağını bildirib:

""PAŞA Holding” ilə biz bu maraqlı strateji tərəfdaşlıqda ilk addımı atdıq. İnfrastrukturumuz tamamlandıqdan sonra Azərbaycanda fəaliyyətə başlayacağıq. Platforma Türkiyə və Azərbaycan istehsalçılarını, satıcılarını və müştərilərini bir araya gətirməyə xidmət edəcək və beləliklə, hər iki ölkənin maraqlarına xidmət edən ilk ekosistem olacaq”.

"Trendyol” müştərilərə birbaşa Azərbaycanda öz platforması vasitəsilə xidmət göstərəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Cəmiyyət 20:10
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Sabirabadda avtoqəza olub, ölən var
Cəmiyyət 19:30
Sabirabadda avtoqəza olub, ölən var
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Cəmiyyət 17:45
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Bakcell-də hədiyyə mövsümü başladı
Cəmiyyət 16:28
Bakcell-də hədiyyə mövsümü başladı
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:17
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Siyasət 15:58
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Cəmiyyət 14:47
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:39
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycan Qran-prisinə start verilib
Cəmiyyət 12:33
Azərbaycan Qran-prisinə start verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol