• $ 1.7
  • € 1.7658
  • ₽ 1.9384
  • ₺ 0.0465
  • £ 2.1392

Azərbaycanda ətin qiyməti bahalaşacaqmı? - AÇIQLAMA

Azərbaycanda ətin qiyməti bahalaşacaqmı? - AÇIQLAMA
01.05.2023 22:37
2023-cü ilin yanvar-martında ötənilin ynidövrü ilə müqayisədə Azərbaycana ət idxalı 9.162 tondan 11367 tona kimi artıb. 
Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına bildirilib.
 
Komitənin yaydığı məlumata görə, bu ilin ilk 2 ayında  19 milyon 259 min dollar dəyərində ət idxal edilib. 
 
Bu son illərdə qeydə alınan ən böyük artım tempidir. Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,5 %-ini təşkil edib.
 
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun sözlərinə görə, ölkədə ətin qiymətinin bahalaşacağı gözlənilmir.
 
"Öncə onu deyim ki, ölkəyə yalnız ət idxalı artmayıb, həm də ölkəyə kəsim üçün gətirilən diri heyvanların miqdarı artıb. Son bir-neçə ildə örüş əraziləri 400 min hektar və ya 25% azalıb.  Ot istehsalı 100 min ton, taxılın istehsalı isə 380 min ton azalıb. Belə olan halda ətin istehsalı arta bilməz. Əgər yem artırsa, o zaman ət istehsalı arta bilər. Yem istehsalı azalıbsa, mütləq ki, ət istehsalı aşağı düşəcək. Ölkəyə xaricdən ət idxalnın artmasının birbaşa səbəbi ölkədə ət istehsalının aşağı düşməsidir. Yəni əhalinin ətə tələbatı artmayıb, əksinə olaraq azalıb. Çünki digər xidmətlərin qiyməti artıb. Əgər ölkədə də bütün məhsulların qiyməti artıbsa, deməli alıcılıq qabiliyyəti aşağı düşür. Bununla da əhali əvvəlki kimi pul xərcləyə bilmir. Buna görə də alıcılıq qabiliyyəti aşağı düşdüyünə görə, ölkədə də ətin bahalaşacağı gözlənilmir. Yəni insanların əvvəlki kimi ətə tələbatı olmayacaq”, - deyə Məhərrəmli bildirib.
 
İqtisadçı-ekspert Akif Nəsirlinin sözlərinə görə, bütün qiymətlərin bahalaşdığı bir vaxtda, ətin qiymətinin sabit qalması mümkün deyil.
 
"Ölkədə bütün məhsulların qiymətinin qalxması ətin qiymətinə birbaşa təsir edir. Bu bahalaşmanın  əsas səbəblərindən biri böyük şəhərlərdə olan bazarlarda monopoliyanın mövcud olmasıdır. Yəni sahibkarların bazara çıxış imkanları kəsilib və bazarlar inhisara alınıb. Yalnız bəlli adamlar üçün bazarlar açıqdır. Ona görə də Beyləqanda ətin qiyməti 14 manatdırsa, Bakıda 18 manat təşkil edir. Bu çox böyük bir fərqdir. Əgər sahibkarın üzünə Bakıda ət bazarları açıq olsa idi qiymətdə bu qədər fərq ola bilməzdi. Xaricdən gətirilən idxal ətinin bazarlara çox az təsiri var. Çünki insanlar əksər hallar da yerli ət məhsulları alırlar. İdxal ətinin isə böyük əksəriyyəti daha çox hökumət müəssissələrində -əsgərlər, həbsxanadakı dustaqlar və daha geniş tərkibi olan müəsissələrdə istifadə olunur”, - deyə Akif Nəsirli bildirib.

 Ötən ilin 3 ayında Azərbaycana 15 milyon 675 min dollar dəyərində 9 162 ton ət idxal edilib. Bu, həcm baxımından 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2 min 206 ton (24 % ), dəyər baxımından isə 3 milyon 585 min ABŞ dolları (22,8 %) çoxdur.
 
Eltac Nurullazadə
 
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın yeni maliyyə naziri təyin edilib
İqtisadiyyat 16:08
Azərbaycanın yeni maliyyə naziri təyin edilib
Coca-Cola məhsullarını Avropa bazarından geri çəkir, bəs Azərbaycandan?- AÇIQLAMA
İqtisadiyyat 16:30
Coca-Cola məhsullarını Avropa bazarından geri çəkir, bəs Azərbaycandan?- AÇIQLAMA
Avropa İttifaqı Cənubi Qafqazda yol tikir
İqtisadiyyat 15:34
Avropa İttifaqı Cənubi Qafqazda yol tikir
Kaşaqan neftinin ilk partiyası Bakıya göndərilib  – KazMunayQaz
İqtisadiyyat 19:10
Kaşaqan neftinin ilk partiyası Bakıya göndərilib – KazMunayQaz
Bəzi hərbçilərin maaşları 10% artırılıb
İqtisadiyyat 17:18
Bəzi hərbçilərin maaşları 10% artırılıb
BP
İqtisadiyyat 18:37
BP "Şahdəniz" yatağında yeni platforma tikmək niyyətindədir
İqtisadiyyat 18:16
"Şəfəq" GES ilə bağlı investisiya qərarı bu il veriləcək - BP
Mərkəzi Bank istehlakçıların hüquqları ilə bağlı yeni sənəd hazırlayır
İqtisadiyyat 12:29
Mərkəzi Bank istehlakçıların hüquqları ilə bağlı yeni sənəd hazırlayır
2025-ci ildə inflyasiya 5,5% təşkil edəcək
İqtisadiyyat 11:28
2025-ci ildə inflyasiya 5,5% təşkil edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol