Rusiyanın itkilərinin sayı açıqlanıb
Ukrayna Silahlı Qüvvələri Rusiyanın son sutkada 450 işğalçısını məhv edib. Bu barədə Ukrayna Baş Qərargahının Facebook səhifəsində bildirilib.
Rusiyanın Ukraynada müharibə başlayandan döyüş itkiləri təxminən 190 960 nəfərdir.
Rusiyanın 295 hava hücumundan müdafiə sistemi, 308 təyyarəsi, 294 helikopteri, 2476 əməliyyat-taktiki pilotsuz uçan aparatı, 932 qanadlı raket, tanklar 3700, zirehli döyüş texnikası 7192, artilleriya sistemləri 2921, reaktiv yaylım atəşi sistemləri isə 544 ədəd məhv edilib.
UNIAN-ın məlumatına görə, aprelin 30-da Baş Qərargah Ukrayna ordusunun bir gündə daha 500 rus işğalçısını məhv etdiyini bildirib. Həmçinin Rusiyanın altı artilleriya sistemi və beş zirehli döyüş maşını da məhv edilib.
Aprelin 30-da Ukrayna hərbi aviasiyası Rusiyanın şəxsi heyətinin mövqelərinə dörd zərbə endirib.
Müdafiə Qüvvələri bazar günü Rusiyanın "Orlan-10" tipli kəşfiyyat aparatını da vurub. Ukrayna Silahlı Qüvvələrinin raket qoşunları və artilleriya bölmələri qarşı tərəfin canlı qüvvəsinin cəmləşdiyi beş ərazini, habelə onların silah-sursat anbarını, artilleriya cəmləşdiyi iki ərazini və logistika mərkəzini vurub.
Ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər