• $
  • €
  • ₽
  • ₺
  • £

DYP: Əlverişsiz hava şəraiti yol hərəkətində riskləri artırır

DYP: Əlverişsiz hava şəraiti yol hərəkətində riskləri artırır
20.04.2026 11:54

Azərbaycanda müşahidə olunan yağışlı və küləkli hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara ehtiyatlı olmaları tövsiyə edilib. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi müraciət yayıb.

Milli Hidrometeorologiya Xidməti-nin məlumatına əsasən, paytaxt Bakı və bir sıra rayonlarda yağış və fasilələrlə güclü külək müşahidə olunur.

DYP xəbərdarlığında qeyd olunur ki, yağışlı havalarda yol örtüyünün sürüşkən olması və görmə məsafəsinin məhdudlaşması qəza riskini artırır. Bu səbəbdən sürücülərə sürət həddini azaltmaq, təhlükəsiz ara məsafəsi saxlamaq və nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqət yetirmək tövsiyə edilir.

Qurum piyadalara da müraciət edərək, xüsusilə yol hərəkəti qaydalarına əməl etməyin və təhlükəli davranışlardan çəkinməyin vacibliyini vurğulayıb.

“BDYPİ bir daha hərəkət iştirakçılarından diqqətli olmağı və yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir,” —  müraciətdə bildirilib.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol