• $
  • £

Bayramovla Mirzoyanın Amerikadakı görüşü nə vəd edir - Ekspertlər danışır

Bayramovla Mirzoyanın Amerikadakı görüşü nə vəd edir - Ekspertlər danışır
01.05.2023 17:27
Bu gün Bakı vaxtı ilə saat 17:00-da Azərbaycan və Ermənistan XİN rəhbərləri Vaşinqtonda görüşəcək. Bu barədə "Sputnik Armenia” xəbər verib.

Məlumata görə onlar arasında Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üçün müzakirələr aparılacaq. 

Millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə Ermənistan tərəfi hələ də sülh prosesinə hazır deyil.
 
"Bu cür görüşlərin keçirilməsi çox önəmlidir. Görünən odur ki, ABŞ-da bu prosesdə fəal rol oynamağa çalışır və hətta yayılan məlumata görə ABŞ tərəfi qısa zaman da iki ölkə arasında sülh müqaviləsinin imzalanması məsələsini Ermənistanla müzakirə edəcək. Bu görüşün nəticələri necə olacağı, proseslərin necə davam edəcəyi daha çox Ermənistandan aslıdır. Ermənistan tərəfi sülh müqaviləsinin imzalanmasında maraqlı deyil və daha çox çalışır ki, vaxt uzatsın.  Digər tərəfdəndə Qarabağda yaşayan ermənilərin hüquqlarının qorunması üçün hansısa mexanizimlərin işlənilməsi mexanizmini irəli sürür. Təbii ki, Azərbaycan tərəfi buna razı deyil. Ermənistanın bu cür davranışlarının arxasında Fransa və digər dövlətlər var. ABŞ-ında Ermənistana təzyiq etmək imkanları var. Mən düşünürəm ki, gec-tez sülh müqaviləsi imzalanacaq və Azərbaycan tərəfi öz istədiyi maddələri müqavilədə əks etdirə biləcək”, -  Məmmədov bildirib.
 
Siyasi ekspert Azər Qasımlının sözlərinə görə bu görüşün sülh müqaviləsinin imzalanmasına təsiri olmayacaq.
 
"İndiki vaxtda bu görüşün sülh müqaviləsinin imzalanmasına ciddi bir təsiri olmayacaq. Çünki hal-hazırda Rusiyanın hər iki tərəfə təsiri daha böyükdür. İlk növbədə də Azərbaycan tərəfinə təsiri var. Belə olan təqdirdə də ABŞ görüşündən sonra yenidən Moskva görüşü olacaq. Orada da bütün ABŞ-da danışılan bütün planlar alt-üst olacaq. Nə qədərki Rusiya bu bölgədə təsir imkanlarını saxlayır, başqa liderlik edə biləcək ölkələrin təsiri az olacaq. Ona görə də düşünürəm ki, nə qədərki ruslar buradadır, bu proses onların nəzarəti altında olacaq. Bu baxımdan da sülh olmaq ehtimalı olduqca aşağıdır”, - şərhçi bildirib.
 
XİN başçıları sonuncu dəfə oktyabrın 2-də İsveçrənin Cenevrə şəhərində görüşüblər. Həmçinin sentyabrın 19-da Nyu-Yorkda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında üçtərəfli görüş olub.
 
Eltac Nurullazadə
 

 

 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan İrana drona atmasına görə etiraz edib
Siyasət 12:47
Azərbaycan İrana drona atmasına görə etiraz edib
İranın atdığı dron nəticəsində 2 nəfər xəsarət alıb - XİN
Siyasət 12:44
İranın atdığı dron nəticəsində 2 nəfər xəsarət alıb - XİN
Nəbiyev britaniyalı nazirlə görüşüb
Texnologiya 10:42
Nəbiyev britaniyalı nazirlə görüşüb
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol