"Qoç ət" cərimələnə bilər

"Qoç Ət" Kəndli Fermer Təsərrüfatına statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsi səbəbindən cərimə yazılıb. Bu barədə e-mehkeme.gov.az portalında məlumat yerləşdirilib.
"Qoç Ət" barədə aidiyyatı qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 389-cu (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub", - saytda yerləşdirilən məlumatda deyilir.
İşə Binəqədi Rayon Məhkəməsində hakim Aynurə Sadıqovanın sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunsa ,"Qoç Ət" üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.
Eltac Nurullazadə
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 