Azərbaycan Türkiyəyə 98 milyard kubmetrdən çox təbii qaz ixrac edib

SOCAR Türkiye bugünədək Türkiyə üçün 9,3 milyard kubmetr qaz tədarük edib, Azərbaycandan tədarüklərin ümumi həcmi isə 98,2 milyard kubmetr təşkil edib.
Bunu SOCAR Türkiye-nin baş direktoru Elçin İbadov "Habertürk"ə deyib.
O qeyd edib ki, SOCAR Türkiye-nin təbii qaz portfeli Türkiyənin istehlakının 6 faizini təşkil edir.
Qeyd edək ki, Azərbaycan Respublikası Energetika Nazirliyinin hesabatına əsasən, 2023-cü ilin yanvar-mart ayları ərzində Azərbaycan Avropaya (2,9 milyard kubmetr), Türkiyəyə (2,7 milyard kubmetr) və Gürcüstana (0,9 milyard kubmetr) təbii qaz ixrac edib. Hesabat dövründə Trans-Anadolu qaz kəməri ilə Türkiyəyə 1,4 milyard kubmetr qaz ixrac olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 