Türkiyənin turizm gəliri 8 milyard dolları ötüb

Türkiyənin 2023-cü ilin yanvar-martında turizm gəliri keçən ilin eyni dövrünə görə yüzdə 32,3 artaraq 8 milyard 690 milyon 505 min dollara çatıb. Bu barədə Türkiyə Statistika İnstitutu (TÜİK) məlumat yayıb.
Eyni zamanda, gəlirlərin 20,8 faizi xaricdə yaşayan və vətənlərinə dincəlmək üçün gələn Türkiyə vətəndaşlarının payına düşüb. Səfərlər həm fərdi, həm də turizm agentlikləri vasitəsilə planlaşdırılıb.
Yanvar-martda Türkiyəyə gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 26,8 faiz artaraq 8 milyon 181 min 566 nəfərə çatıb. Bunlardan 20,4 faizi və ya 1 milyon 672 min 332 nəfəri xaricdə yaşayan Türkiyə vətəndaşlarıdır.
Türkiyəyə ən çox ziyarətçi göndərən ölkələrin sıralamasında əvvəlki ilin eyni dövrünə görə yüzdə 114,18 artımla Rusiya Federasiyası birinci, Bolqarıstan 28,09 faiz artımla ikinci, Almaniya isə üçüncü yerdə qərarlaşıb.
Adambaşına düşən xərclər 2022-ci ilin birinci rübündəki 1,18 dollardan 4,3% artaraq 1,62 dollar təşkil edib.
www.anews.az

Bir gecəlik orta xərclər də illik müqayisədə 2,8% artaraq 84 dollara çatıb. Xaricdə yaşayan Türkiyə vətəndaşlarının bir gecəlik xərci orta hesabla 69 dollar olub.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 