O yol qəza çoxluğundan Stalinqrad döyüşlərinə oxşayır - Millət vəkili/VİDEO
Lənkəranda Sütəmordov adlanan yolu Stalinqrad döyüşlərinə oxşayır. Bunu aprelin 2-də deputat Rüfət Quliyev Parlamentin iclasında çıxışı zamanı deyib.
"Adını çəkdiyim yolda demək olar hər ay bir neçə ölüm halları, qəzalar baş verir. Həmin yolda maşınlar sürətlə hərəkət edir. Ən son bu yaxınlarda iki uşağı maşın vurub. 8 aydırn aiddiyatı qurumlara müraciət edirəm. Cənab nazir Vilayət Eyvazovdan xahiş edəcəm bu məsələdə yardımçı olsun və həmin yola tezliklə radar qoyulsun", - deputat bildirib.
Deputat çıxışında həmçinin "Bakı İnşaat" MMC-nin rəhbəri Zahir Əsgərovun insanların pulunu alıb evlərini vermədiyini qeyd edib.
"İnsanların pullarını alıblar 4-5 aydır yubadırlar. Zahir Əsgərova müraciət etmək
istəyirik, amma telefonları açır. Belə şirkətlərə qarşı tədbir görülməlidir", - Quliyev söyləyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox