Televiziyalara baxanların sayı bir neçə dəfə azalıb - Zahid Oruc
Yerli televiziyalara baxanların sayı son 5-6 illə müqayisədə bir neçə dəfə azalıb. Bunu aprelin 2-də Parlamentin iclasında deputat Zahid Oruc "İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında" qanuna münasibət bildirərkən deyib.
"Bunun müxtəlif səbəbləri var. Onlardan
biri dünya TV təcrübəsində ən
uğurlu proqram formatlları yarada
bilməmələri verilişlərin, yayım ənənəsi, milli xüsusiyyətləri, janrı, kontenti,
hədəf auditoriya, aparıcı peşəkarlığı, təqdimat tərzi və s. aspektlərlə
bağlıdır. Kanallar üzrə qeyd
edilərsə, son bir neçə ildə İctimai TV-nın proqramlarının məzmun,
keyfiyyət və rəngarənglik meyarına önəm verir. Xüsusilə də digər kanallarda
epidemiya kimi yayılan sosial
tok-şoularla müqayisədə İctimai Tvdə dünyada qəbul edilən meyarlara cavab verən,
gündəlik yayımlanan "Sabaha saxlamayaq”, "Diqqət mərkəzi-yekun” "Ötən günlər”, Pressinq və digər elm-təhsil-maarifçi proqramların çəkisi getdikcə
artmağa başlayır, keyfiyyət meyarlarına diqqət verilir", - deputat bildirib.
Hazırda Azərbaycanda 4 dövlət 7 özəl və 11 regiona televiziya fəaliyyət göstərir.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox