Ukraynada ümumi səfərbərlik uzadılıb
Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik üç ay müddətinə uzadılıb. Bu barədə Ukrayna Ali Radası bu gün qərar verib.
Bildirilir ki, qanunverici orqanın 324 deputatı "Ukraynada hərbi vəziyyətin müddətinin uzadılması haqqında” qanun layihəsinin lehinə səs verib.
333 deputat isə ümumi səfərbərliyin müddətinin uzadılmasını dəstəkləyib.
Ukraynada ilk dəfə hərbi vəziyyət ötən il fevralın 24-də, yəni Rusiya ilə genişmiqyaslı müharibənin başladığı gün elan olunub.
Qanuna uyğun olaraq hərbi vəziyyət dövründə mühüm infrastruktur obyektlərinin və əhalinin həyat fəaliyyətini təmin edən obyektlərin mühafizəsi artırıla, onların istismarı üçün xüsusi rejim tətbiq oluna biləcəyi açıqlanıb.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər