• $
  • £

Moskva pilotsuz uçuşlara qadağa qoyub

Moskva pilotsuz uçuşlara qadağa qoyub
03.05.2023 16:56
Rusiya bütün pilotsuz uçuş aparatlarının (PUA) uçuşlarına qadağa qoyub. Bu barədə TASS-a çərşənbə günü paytaxt meriyasından verilən məlumatda bildirilib.
 
Məlumata görə, müvafiq protokol Moskvanın operativ qərargahının iclası zamanı imzalanıb.
 
Bildirlir ki, yalnız dövlət ehtiyacları üçün zəruri olduqda istifadə oluna bilər.
 
"İmzalanan sənəd pilotsuz uçuş aparatlarının şəhər üzərində uçuşlar üçün icazələrin verilməsi prosedurunu tənzimləyir. İndi belə icazələrin yalnız dövlət ehtiyacları üçün verilməsi planlaşdırılır", - hökumətdən bildiriblər.

Moskva operativ qərargahının iclası çərçivəsində qeyri-qanuni pilotsuz uçuş aparatlarının qarşısının alınması, hava məkanından istifadə qaydalarının pozulmasına görə vətəndaşların və təşkilatların inzibati məsuliyyətə cəlb edilməsi üzrə işlərin gücləndirilməsi barədə qərar qəbul edilib.

Moskvanın operativ qərargahı Rusiya Federasiyası Prezidentinin Rusiya Federasiyasının təsis qurumlarının ərazilərində dörd cavab rejiminin tətbiqi haqqında fərmanına uyğun olaraq yaradılıb. Fərman çərçivəsində yüksək vəzifəli şəxslərə ərazi müdafiəsi və mülki müdafiə ilə bağlı müəyyən tədbirlərin həyata keçirilməsi, əhalinin və ərazilərin təbii təhlükələrdən qorunması tədbirləri haqqında qərar qəbul etmək səlahiyyəti verilir.

Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-da ata yeddi övladını öldürüb
Dünya 09:33
ABŞ-da ata yeddi övladını öldürüb
Almaniya Yaxın Şərq gərginliyi fonunda enerji təhlükəsizliyini müzakirə edir
Dünya 09:25
Almaniya Yaxın Şərq gərginliyi fonunda enerji təhlükəsizliyini müzakirə edir
Pakistanın Baş naziri İran prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib
Dünya 23:49
Pakistanın Baş naziri İran prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib
Məşhəd hava limanı beynəlxalq uçuşları aprelin 20-dən bərpa edəcək
Dünya 23:06
Məşhəd hava limanı beynəlxalq uçuşları aprelin 20-dən bərpa edəcək
ABŞ-də atışma nəticəsində səkkiz uşaq ölüb
Dünya 22:23
ABŞ-də atışma nəticəsində səkkiz uşaq ölüb
İran danışıqların ikinci mərhələsində iştirakdan imtina edib
Dünya 22:00
İran danışıqların ikinci mərhələsində iştirakdan imtina edib
ABŞ Hörmüz boğazındakı minaları təmizləmək üçün dronlardan istifadə edir
Dünya 21:14
ABŞ Hörmüz boğazındakı minaları təmizləmək üçün dronlardan istifadə edir
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Dünya 17:02
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
Dünya 11:01
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol