İran ABŞ-a məxsus neft tankerini ələ keçirib
İran İslam Respublikasının İnqilab Keşikçiləri ABŞ-a məxsus neft tankeri ələ keçirib. Bu barədə
ABŞ Hərbi Dəniz Qüvvələri məlumat verib.
Panama bayrağı ilə üzən
"Niovi” neft tankerinin Hörmüz boğazından keçərkən İran İslam İnqilabı Keşikçiləri
Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri tərəfindən ələ keçirildiyi bildirilib.
Bildirilir ki, İranın hərəkətləri beynəlxalq hüquqa ziddir və regional təhlükəsizlik və sabitliyi pozur.
Ötən həftə Marşal Adaları bayrağı ilə Oman körfəzində beynəlxalq sularda üzən "Advantage Sweet” adlı neft tanker də İran İslam İnqilabı Keşikçiləri Korpusu donanması tərəfindən saxlanılmışdı.
Eltac Nurullazadə
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər