• $
  • £

Suriya və İran yeni 20 illik iqtisadi memorandum imzaladı

Suriya və İran yeni 20 illik iqtisadi memorandum imzaladı
03.05.2023 18:02
Suriya və İran prezidentləri Bəşər Əsəd və İbrahim Rəisi çərşənbə günü Dəməşqdə iki ölkə arasında uzunmüddətli strateji tərəfdaşlığa dair memorandum imzalayıblar. Bu barədə SANA agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, sənəd 20 il üçün nəzərdə tutulmuş ticarət-iqtisadi əməkdaşlıq planının həyata keçirilməsini nəzərdə tutur.

Azad ticarət zonalarının yaradılması, dəmir yolu nəqliyyatının və hava nəqliyyatının inkişafı ilə bağlı da sazişlər imzalanıb. Tərəflər neft-qaz sənayesi və kənd təsərrüfatı sahələrində birgə layihələr həyata keçirəcəklər.

Agentliyin məlumatına görə, bundan əvvəlki danışıqlar zamanı Əsəd qeyd edib ki, "Suriya və İran münasibətlərini regional və beynəlxalq problemlərə ümumi yanaşmalar əsasında qururlar”.
 
"Bizim tərəfdaşlığımız zamanın sınağından çıxdı. 1980-1988-ci illərdə İran-İraq müharibəsi zamanı Suriya İranın tərəfini tutdu, necə ki, İran son 12 ildə terrorçu qruplara qarşı Suriya xalqını dəstəklədi".

Suriya liderinin sözlərinə görə, "möhkəm prinsiplərə və ortaq siyasi baxışa əsaslanaraq, iki dost dövlət iki xalqın maraqları naminə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində yeni keyfiyyət addımı atır”.

Prezident Raisi 13 illik fasilədən sonra ilk dəfə iki günlük rəsmi səfərlə çərşənbə günü Suriyaya gəlib. İranlı siyasətçi "Al Mayadeen” telekanalına müsahibəsində vurğulayıb ki, "Suriya müqavimət qüvvələrinin önündə olduğu üçün Dəməşqlə münasibətlər Tehran üçün çox vacibdir”.
 
Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-da ata yeddi övladını öldürüb
Dünya 09:33
ABŞ-da ata yeddi övladını öldürüb
Almaniya Yaxın Şərq gərginliyi fonunda enerji təhlükəsizliyini müzakirə edir
Dünya 09:25
Almaniya Yaxın Şərq gərginliyi fonunda enerji təhlükəsizliyini müzakirə edir
Pakistanın Baş naziri İran prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib
Dünya 23:49
Pakistanın Baş naziri İran prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib
Məşhəd hava limanı beynəlxalq uçuşları aprelin 20-dən bərpa edəcək
Dünya 23:06
Məşhəd hava limanı beynəlxalq uçuşları aprelin 20-dən bərpa edəcək
ABŞ-də atışma nəticəsində səkkiz uşaq ölüb
Dünya 22:23
ABŞ-də atışma nəticəsində səkkiz uşaq ölüb
İran danışıqların ikinci mərhələsində iştirakdan imtina edib
Dünya 22:00
İran danışıqların ikinci mərhələsində iştirakdan imtina edib
ABŞ Hörmüz boğazındakı minaları təmizləmək üçün dronlardan istifadə edir
Dünya 21:14
ABŞ Hörmüz boğazındakı minaları təmizləmək üçün dronlardan istifadə edir
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Dünya 17:02
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
Dünya 11:01
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol