Rusiyanın itkilərinin sayı açıqlanıb
Son sutkada Ukrayna müdafiəçiləri Rusiyanın 650 işğalçısını məhv edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Fevralın 24-dən mayın 4-dək Rusiyanın şəxsi heyət arasında ümumi itkiləri 192 590 nəfərə çatıb.
Son sutka ərzində Ukrayna ərazisində Rusiyanın 70-dən çox hərbi texnikası məhv edilib.
2022-ci il fevralın 24-dən bu günə qədər Ukrayna Silahlı Qüvvələri 308 təyyarə, 294 helikopter, 18 gəmi və qayığı məhv edib, həmçinin 947 qanadlı raketi məhv edilib.
UNIAN-ın verdiyi məlumata görə, mayın 3-də Rusiyanın 2 raket və 68 hava zərbəsi , həmçinin çoxsaylı raket sistemlərindən 67 hücum təşkil edib.
Bildirilir ki, hücumlar nəticəsində mülki əhali zərər çəkib.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri bildirib ki, mayın 4-də Rusiya Ukraynaya qarşı "Şahed-136/131” tipli 24-ə qədər kamikadze pilotsuz uçan aparatdan istifadə ediblər. Ukrayna müdafiəçiləri qarşı tərəfin 18 pilotsuz təyyarəsini məhv edib.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər