• $ 1.7
  • € 1.7658
  • ₽ 1.9384
  • ₺ 0.0465
  • £ 2.1392

Baki-Tbilisi-Ceyhan neft kəməri birinci rübdə xərclərini açıqlayıb

Baki-Tbilisi-Ceyhan neft kəməri birinci rübdə xərclərini açıqlayıb
04.05.2023 16:23
Cari ilin birinci rübündə Baki-Tbilisi-Ceyhan neft kəməri (BTC) üzrə əməliyyat xərclərinə 10 milyon dollar vəsait xərclənilib. Bu bardəə BP-nin Azərbaycanda apardığı əməliyyatlar üzrə bu ilin birinci rübünün nəticələrinə dair dərc etdiyi hesabata qeyd olunub.
 
2023-cü ilin birinci rübündə  boru kəməri vasitəsilə ümumilikdə təqribən 539 milyon tondan çox xam neft nəql edilib və Ceyhanda 5314 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
 
"Bu ilin birinci rübündə BTC vasitəsilə ixrac olunmuş təqribən 7 milyon ton xam neft və kondensat Ceyhan terminalında 70 tankerə yüklənərək yola salınıb”, - hesabatda bildirilib.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan və Türkmənistan) də nəql olunur.
 
2022-ci ildə Bakı-Tbilisi-Ceyhan (BTC) daxil olmaqla magistral neft kəmərlərinin istismarından əldə olunan gəlir 1 milyard 238 milyon 913,7 min manat (728,8 milyon dollar - İF) təşkil edib. 2021-ci illə müqayisədə bu gəlirlər 3,4% artıb.
 
Uzunluğu 1768 km olan BTC-nin boru kəməri 2006-ci ilin iyununda istismara verilib. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 milyon tondur. Bu kəmər Azərbaycan neftini Türkiyənin ceyhan limanına oradan isə tankerlərlə dünya bazarına çıxarmağa imkan verir.
 
Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəql edilən Qazaxıstan neftinin ilk partiyası 22 aprel 2023-cü ildə Türkiyənin Ceyhan limanından yola salınıb. Bu haqda SOCAR-ın törəmə müəssisəsi olan "SOCAR Midstream Operations" MMC-nin məlumatında bildirilir.

"Tengiz” yatağından hasil edilən 83,2 min ton (665 min barel) neft "Alatau” tankerinə yüklənib. Yükləmə mərasimində SOCAR, KazMunayQaz, Tengizşevroil, Kazmortransflot və onların törəmə şirkətlərinin nümayəndə heyətləri iştirak ediblər.


Bu nailiyyət 2023-cü ilin martında başlayan Qazaxıstanın Aktau limanından Azərtrans Səngəçal terminalına davamlı neft tədarükü və sonradan BTC vasitəsilə nəqli nəticəsində əldə edilib. Ceyhan limanında Qazaxıstan neftinin növbəti partiyasının tankerə yüklənməsi 2023-cü ilin may ayının sonuna planlaşdırılır.

Qazaxıstan neftinin BTC ilə nəqli SOCAR və "KazMunayQaz” şirkəti arasında hər il 1,5 milyon ton neftin tranzitini nəzərdə tutan saziş çərçivəsində həyata keçirilir. "Tengiz” yatağından hasil edilən Qazaxıstan neftinin ilk partiyası "Prezident Heydər Əliyev” tankeri ilə 23 mart 2023-cü ildə Aktaudan Səngəçal terminalına gətirilib.

SOCAR Qazaxıstan neftini BTC boru kəmərinə qəbul etmək üçün 2022-ci ildə Səngəçal terminalının ərazisi və ətrafında toplayıcı boru kəmərləri şəbəkəsinin yenilənməsi istiqamətində mühüm layihələr həyata keçirib. Bu layihələr BTC-nin ötürmə gücündən istifadə səviyyəsini artırıb.
 
Aytac



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir
İqtisadiyyat 17:21
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir

Yelo Sabit ilə pulunu gəlir mənbəyinə çevir!
İqtisadiyyat 17:09
Yelo Sabit ilə pulunu gəlir mənbəyinə çevir!
Qarabağa ziyarət xarakterli reyslər müntəzəm reyslərlə əvəz edilir
İqtisadiyyat 15:30
Qarabağa ziyarət xarakterli reyslər müntəzəm reyslərlə əvəz edilir
Media nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
İqtisadiyyat 14:38
Media nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
Yanvarda qızıldan əldə olunan gəlir açıqlanıb
İqtisadiyyat 11:26
Yanvarda qızıldan əldə olunan gəlir açıqlanıb
“Azərkosmos”un ixrac gəlirləri artıb
İqtisadiyyat 11:23
“Azərkosmos”un ixrac gəlirləri artıb
Azərbaycan neftinin qiyməti 76 dolları ötüb
İqtisadiyyat 09:58
Azərbaycan neftinin qiyməti 76 dolları ötüb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:18
Bu günə olan məzənnə açıqlanıb
Gələn il qadınların orta əməkhaqqı kişilərin orta əməkhaqqının 80%-nə çatacaq
İqtisadiyyat 14:42
Gələn il qadınların orta əməkhaqqı kişilərin orta əməkhaqqının 80%-nə çatacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol