AÇG-dən SOCAR-a ötürülən qazın həcmi açıqlanıb

Cari ilin birinci rübündə "Azəri-Çıraq-Günəşli" (AÇG) vasitəsilə SOCAR-a 0,6 mlrd. kubmetr səmt qazı ötürülüb. Bu barədə BP-nin Azərbaycanda apardığı əməliyyatlar üzrə bu ilin birinci rübünün nəticələrinə dair dərc etdiyi hesabatda bildirilib.
Hesabat dövründə AÇG-dən SOCAR-a gündə orta hesabla 6,5 mln. kubmetr qaz verilib.
"Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub”, - hesabatda qeyd olunub.
AÇG-də hasil edilən qazın bir hissəsi SOCAR-a təmənnasız olaraq verilir.
2017-ci il sentyabrın 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaş şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzalanıb.
AÇG hazırda Azərbaycanın ən böyük neft yatağıdır və ölkənin neft hasilatının 2/3 hissəsini təmin edir. 2022-ci ildə AÇG blokunda neft hasilatı təxminən 152 milyon barel (20 milyon ton) təşkil edib.
MŞA layihəsi AÇG blokunun işlənməsinin növbəti mərhələsidir. Layihə çərçivəsində Turan Qazma Şirkəti tərəfindən həyata keçiriləcək 48 quyunun qazılması planlaşdırılır.
MŞA layihəsinin məqsədi əlavə quyuların qazılması və əlavə dəniz qurğularının quraşdırılması ilə gündəlik 100.000 barelə qədər neft və 350.000 kubmetr qaz hasilatına nail olmaqdır.
2019-cu il aprelin 19-da Bakıda AÇG blokunun işlənməsi layihəsinin səhmdarları 6 milyard ABŞ dolları məbləğində MŞA layihəsi üzrə yekun investisiya qərarını imzalayıblar ki, bunun təqribən 3,2 milyard dolları tikinti xərcləri, qalanı yeni quyuların qazılması da daxil olmaqla işlənmə xərcləridir.
Layihə 137 metr dərinlikdə "Mərkəzi Azəri” və "Şərqi Azəri” platformaları arasında yaşayış bloklu yeni hasilat-qazma platformasının tikintisini nəzərdə tutur.
"Azəri”, "Çıraq” və "Günəşli”nin dərinsulu yataqlarının işlənməsi üzrə müqavilə 1994-cü ildə imzalanıb.
AÇG blokundan neft və səmt qazının hasilatı 1997-ci ilin noyabrında başlayıb. Hazırda Böyük Britaniyanın BP (layihə operatoru) 30,37%, SOCAR (25%), Macarıstanın MOL (9,57%), Amerikanın ExxonMobil (6,79%), Hindistanın ONGC Videsh (2,31%), Yaponiyanın Inpex Corp. (9,31%) və ITOCHU Oil (3, Oil (3,65%), Norwegian Equinor (7,27%), Türkiyə TPAO (5,73%) şirkətləri layihənin səhmdarlarıdır.

Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 