BP şirkətində çalışan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

BP şirkətində hazırda çalışan Azərbaycan vətəndaşlarının sayı 2 307 nəfərdir, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 60 nəfər çoxdur. Bu barədə "BP-Azərbaycan" şirkətinin birinci rübünə dair hesabatında bildirilib.
Bildirilir ki, "BP-Azərbaycan”da ixtisaslı işçilərin təxminən 90%-i yerli mütəxəssislər, ixtisası olmayan işçilərin isə 100%-i yerli vətəndaşlardan ibarətdir.
2022-ci ilin sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2377 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edib. İxtisası olmayan işçilər isə 100 faiz yerli vətəndaşlardan ibarət olub.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 