• $
  • £

Taxıl müqaviləsi üzrə danışıqlar mayın 5-də texniki səviyyədə aparılacaq

Taxıl müqaviləsi üzrə danışıqlar mayın 5-də texniki səviyyədə aparılacaq
04.05.2023 22:20
"Rusiya, Türkiyə, Ukrayna və BMT arasında taxıl sazişi üzrə danışıqlar mayın 5-də İstanbulda texniki səviyyədə keçiriləcək”.

Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar məlumat verib.

"Nazir müavinlərinin görüşündən əvvəl BMT, Türkiyə, Rusiya və Ukraynadan olan texniki heyətlə görüşün keçirilməsi zərurəti yaranıb. Sabah keçiriləcək görüşdən sonra gələn həftə nazir müavinlərinin görüşü olacaq”-deyə, o bildirib.

Nazir müavinlərinin keçirəcəyi iclasın gündəliyi ilə bağlı danışan Akar deyib: "Bir tərəfdən taxıl daşınması ilə bağlı danışıqlar aparılarkən, digər tərəfdən də orada qalan Türkiyə bayraqlı gəmilər var. Həmin gəmilərin təxliyəsi də gündəmdə olacaq. Biz birlikdə gündəm yaradacağıq və bu gündəliyi nazir müavinləri müzakirə edəcək, sonra qərar veriləcək.

Taxıl təşəbbüsünün sürətli, təhlükəsiz və planlı şəkildə davam etməsini təmin etmək üçün səylərimizi davam etdiririk, xüsusən də Afrikadakı sabitliyə çox mühüm töhfə verdiyi üçün. Hesab edirik ki, sabah texniki müstəvidə, gələn həftə isə nazir müavinlərinin görüşü ilə bu məsələ planlı şəkildə davam etdiriləcək”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-da ata yeddi övladını öldürüb
Dünya 09:33
ABŞ-da ata yeddi övladını öldürüb
Almaniya Yaxın Şərq gərginliyi fonunda enerji təhlükəsizliyini müzakirə edir
Dünya 09:25
Almaniya Yaxın Şərq gərginliyi fonunda enerji təhlükəsizliyini müzakirə edir
Pakistanın Baş naziri İran prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib
Dünya 23:49
Pakistanın Baş naziri İran prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib
Məşhəd hava limanı beynəlxalq uçuşları aprelin 20-dən bərpa edəcək
Dünya 23:06
Məşhəd hava limanı beynəlxalq uçuşları aprelin 20-dən bərpa edəcək
ABŞ-də atışma nəticəsində səkkiz uşaq ölüb
Dünya 22:23
ABŞ-də atışma nəticəsində səkkiz uşaq ölüb
İran danışıqların ikinci mərhələsində iştirakdan imtina edib
Dünya 22:00
İran danışıqların ikinci mərhələsində iştirakdan imtina edib
ABŞ Hörmüz boğazındakı minaları təmizləmək üçün dronlardan istifadə edir
Dünya 21:14
ABŞ Hörmüz boğazındakı minaları təmizləmək üçün dronlardan istifadə edir
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Dünya 17:02
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
Dünya 11:01
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol