Türkiyə vətəndaşları Azərbaycanda səs verməyə başladılar
Prezident və parlament seçkiləri ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyində yaradılmış seçki məntəqəsi bu gün yerli vaxtla saat 09:00-da səsverməyə açılıb. Bu barədə Azərbaycanlı Türkiyə Səfirliyindən məlumat verilib.
İlk səsverməni səfir Cahit Bağçı həyata keçirib.
Türkiyə vətəndaşlarının Azərbaycanda səs verə bilməsi üçün 5-6-7 may tarixlərində Bakıda 9, Gəncədə 3, Naxçıvanda da 3 ədəd olmaqla 15 seçki qutusu qurulacaq və bu tarixlərdə saat 09:00-21:00 arasında fasiləsiz şəkildə səsvermə keçiriləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox