Yubiley nişanları mayın 10-da tədavülə buraxılacaq - Bank rəsmisi

Mərkəzi bank tərəfindən xatirə və investisiya məqsədli yubiley nişanları istehsalı həyata keçirilib . Bunu Mərkəzi Nankin baş direktoru Akşin Vəliyev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, mayın 10-da investisiya məqsədli pul nişanlarını tədavülə buraxılacaq.
Baş direktor bildirib ki, dünya praktikasında bu cür pul nişanlarından geniş istifadə olunub.
www.anews.az
Onun sözlərinə görə, mayın 10-da investisiya məqsədli pul nişanlarını tədavülə buraxılacaq.
"Heydər Əliyevin 100 illiyi münasibətilə ilk dəfə olaraq Ulu öndərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə investisiya məqsədli pul nişanlarının tədavülə buraxılması təmin olundu. Mayın 10-dan etibarən insanlar əldə edə bilmək imkanlarına malik olacaqlar. Əldə edilməsi ancaq mərkəzi bankın kassaları, online satış sistemləri və konvensiya bankları vasitəsilə mümkündür. İnvestisiya pul nişanlarının əl çatanlığını təmin etmək üçün bir neçə növdə hazırlanıb. 1 unsiyalıq- 31,1 qram, yarım unsiyalıq- 15.5 qram, və daha kiçik ölçülü olacaq. Əyyarı ən yüksək əyyarla hazırlanıb. İnsanlar onun qiymətini hər gün Mərkəz Bankın saytından öyrənə bilərlər. Ölkəmizin öz yerli qızılından hazırlanıb",- Aqşin Vəliyev əlavə edib.
"Böyük Britaniya kraliçasının şəkili olduğu pul nişanları bütün ölkələrdə tanınır. Biz əminik ki, Ulu Öndərin pul nişanları da bütün ölkələrdə populyar olacaq", baş direktor vurğulayıb.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 