• $
  • £

Gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı dəyişib

Gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı dəyişib
05.05.2023 19:26
Azərbaycan Respublikasının gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı dəyişib.

Bu məlumat Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb. 

Fərmana əsasən, Dövlət Gömrük Komitəsinin strukturu dəyişdiyi və ərazi gömrük idarələri yenidən təşkil olunduğu üçün "Sumqayıt Baş Gömrük İdarəsinin rəisi – gömrük xidməti general-mayoru”, "Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi – gömrük xidməti general-mayoru”, "Cənub Ərazi Baş Gömrük İdarəsinin rəisi – gömrük xidməti general-mayoru” və "Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi – gömrük xidməti general-mayoru” ali xüsusi rütbəli vəzifələri siyahıdan çıxarılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Sumqayıt Baş Gömrük İdarəsi, Şimal Ərazi Baş Gömrük İdarəsi, Cənub Ərazi Baş Gömrük İdarəsi və Qərb Ərazi Baş Gömrük İdarəsi ləğv edilib, Astara Gömrük İdarəsi, Balakən Gömrük İdarəsi, Biləsuvar Gömrük İdarəsi, Gəncə Gömrük İdarəsi, Xaçmaz Gömrük İdarəsi, Sumqayıt Gömrük İdarəsi, Şərqi Zəngəzur Gömrük İdarəsi və Tovuz Gömrük İdarəsi yaradılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nəbiyev britaniyalı nazirlə görüşüb
Texnologiya 10:42
Nəbiyev britaniyalı nazirlə görüşüb
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol