• $
  • £

XİN başçısının müavini Meksikaya səfər edib

XİN başçısının müavini Meksikaya səfər edib
06.05.2023 00:02
4-5 may tarixlərində Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Meksikaya səfər edib.

Bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində mayın 4-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Meksika Xarici Əlaqələr Nazirliyi arasında siyasi məsləhətləşmələrin üçüncü raundu keçirilib.
 
Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, Meksika tərəfindən isə xarici əlaqələr nazirinin siyasi məsələlər üzrə müavini xanım Karmen Moreno Toskano rəhbərlik edib.

Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin mövcud vəziyyəti, habelə iqtisadi, turizm, energetika, mədəniyyət və təhsil sahələrində qarşılıqlı tərəfdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Məsləhətləşmələr zamanı E.Məmmədov qarşı tərəfə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, həmçinin işğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılan bərpa və quruculuq işləri barədə geniş məlumat verib. Həmçinin, Azərbaycanın Qoşulmama Hərəkatına (QH) sədrliyi çərçivəsində fəaliyyəti, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Meksikaya səfəri zamanı E.Məmmədov Meksika Senatının binasında Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Alberto Viyya Viyeqas və qrupun digər üzvləri, habelə Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Ceydkol Polevnski ilə görüşüb. Görüşlər zamanı ölkə arasında münasibətlər, xüsusilə parlamentlərarası əlaqələrin hazırkı vəziyyəti müzakirə edilib, müxtəlif sahələrdə əməkdaşlıq münasibətlərinin inkişafı üçün böyük potensialın olduğu vurğulanıb.

Nazir müavini həmçinin, keçmiş münaqişə dövründə Meksika hökumətinin və parlamentinin nümayiş etdirdiyi ədalətli mövqeyə və həmrəyliyə görə, həmçinin Meksika Konqresinin hər iki palatası tərəfindən Xocalı soyqırımının tanınmasına görə təşəkkürünü bildirib.
Nazir müavini həmçinin, bu ölkənin aparıcı beyin mərkəzlərinin üzvləri və nüfuzlu KİV-in nümayəndələri ilə görüşüb, yerli mətbuata müsahibələr verib.

Meksikaya səfəri zamanı nazir müavini Mexiko şəhərinin Tlakskoake meydanında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə, eləcə də Mexiko şəhərinin mərkəzi küçələrinin birində salınmış Meksika-Azərbaycan Dostluq Parkını ziyarət edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nəbiyev britaniyalı nazirlə görüşüb
Texnologiya 10:42
Nəbiyev britaniyalı nazirlə görüşüb
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol