• $
  • £

Londonda III Çarlzın tacqoyma mərasimi keçiriləcək

Londonda III Çarlzın tacqoyma mərasimi keçiriləcək
06.05.2023 09:44
Şənbə günü Londonun Vestminster Abbatlığında III Çarlz və konsort-kraliça Kamillanın tacqoyma mərasimi keçiriləcək.

Formal olaraq III Çarlz 8 sentyabr 2022-ci ildə anası Kraliça II Elizabetin ölümündən bir gün sonra kral oldu.
 
Tacqoyma mərasimi isə, Avropa mediasının qeyd etdiyi kimi, yeni monarxın statusunu yüksəltməyə imkan verən simvolik mərasim hesab olunur.

Yerli vaxtla saat 06:00-dan (Bakı vaxtı ilə 09:00) başlayaraq, Bukingem Sarayından Vestminster Abbatlığına qədər kral kortejinin marşrutu boyunca müşahidə yerləri açılacaq. Yolun uzunluğu 2,29 km olacaq. Abbatlığa gedən korteji 200 hərbçi müşayiət edəcək.
 
Ümumilikdə tacqoyma mərasimi günü təhlükəsizliyin təmin edilməsinə 4 minə yaxın hərbçi cəlb olunacaq.

Saat 10:20-də (13:20) kral korteji Bukingem sarayından yola düşəcək.
Kortej saat 11:00-da (14:00) Vestminster Abbatlığına çatacaq, bundan sonra bir neçə mərhələdən ibarət olacaq iki saatlıq tacqoyma mərasimi başlayacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-da ata yeddi övladını öldürüb
Dünya 09:33
ABŞ-da ata yeddi övladını öldürüb
Almaniya Yaxın Şərq gərginliyi fonunda enerji təhlükəsizliyini müzakirə edir
Dünya 09:25
Almaniya Yaxın Şərq gərginliyi fonunda enerji təhlükəsizliyini müzakirə edir
Pakistanın Baş naziri İran prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib
Dünya 23:49
Pakistanın Baş naziri İran prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib
Məşhəd hava limanı beynəlxalq uçuşları aprelin 20-dən bərpa edəcək
Dünya 23:06
Məşhəd hava limanı beynəlxalq uçuşları aprelin 20-dən bərpa edəcək
ABŞ-də atışma nəticəsində səkkiz uşaq ölüb
Dünya 22:23
ABŞ-də atışma nəticəsində səkkiz uşaq ölüb
İran danışıqların ikinci mərhələsində iştirakdan imtina edib
Dünya 22:00
İran danışıqların ikinci mərhələsində iştirakdan imtina edib
ABŞ Hörmüz boğazındakı minaları təmizləmək üçün dronlardan istifadə edir
Dünya 21:14
ABŞ Hörmüz boğazındakı minaları təmizləmək üçün dronlardan istifadə edir
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Dünya 17:02
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
Dünya 11:01
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol