• $
  • £

Berlində Qərbi Azərbaycana qayıdış mövzusunda konfrans keçirildi - FOTO

Berlində Qərbi Azərbaycana qayıdış mövzusunda konfrans keçirildi - FOTO
07.05.2023 18:30
Biz Cənubi Qafqaz regionunda davamlı sülh və sabitliyin bərqərar olması üçün geri qayıtmaq hüququmuzun həyata keçirilməsinin vacib olduğunu vurğulayırıq. Biz hesab edirik ki, Ermənistanda azərbaycanlılarla ermənilərin qarşılıqlı hörmət, tolerantlıq və dialoq əsasında birgə yaşaması mümkün və arzu olunandır.

Biz Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarını müdafiə edən ümumi təşkilat olan Qərbi Azərbaycan İcmasına maraqlarımızın qanuni təmsilçisi kimi tam dəstəyimizi bildiririk. Biz Qərbi Azərbaycan İcmasının evlərindən qovulmuş azərbaycanlıların öz tarixi vətənlərinə sülh yolu ilə, təhlükəsiz və ləyaqətlə qayıtmaları üçün məqsədləri, prinsipləri və fəaliyyətin ümumi çərçivəsini müəyyən edən Qayıdış Konsepsiyasını qəbul etməsini yüksək qiymətləndiririk.

Biz həmçinin Ermənistan hökuməti ilə birbaşa dialoqa təşəbbüs edən Qərbi Azərbaycan İcmasının sülhsevər və hüquqa əsaslanan yanaşmasını alqışlayırıq. Biz Ermənistan hökumətini beynəlxalq hüquqa və insan hüquqlarına uyğun olaraq Qərbi Azərbaycan İcmasının dialoqa başlamaq və Qayıdış Konsepsiyasının həyata keçirilməsi ilə bağlı çağırışlarına cavab verməyə çağırırıq.

Biz Birləşmiş Millətlər Təşkilatını, Avropa İttifaqını, Avropa Şurasını və onun üzv dövlətlərini, eləcə də digər müvafiq beynəlxalq aktorları bizim haqq işimizə dəstək verməyə və Qərbi Azərbaycan İcması ilə Ermənistan arasında konstruktiv dialoq qurulmasına kömək etməyə, evlərindən didərgin düşmüş azərbaycanlıların qayıdışı reallaşana qədər, qayıdış dövründə və ondan sonra onlara əməli yardım göstərməyə və onları müdafiə etməyə çağırırıq.

Biz Qərbi Azərbaycan İcmasının 2023-cü il martın 27-də UNESCO-ya göndərdiyi, Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılması və mənimsənilməsi məsələsini qaldıran müraciətinə istinad edir və onu dəstəkləyirik. Biz UNESCO-nu Azərbaycan mədəni irsinin, xüsusilə də İrəvanın əvvəllər azərbaycanlılar yaşayan Təpəbaşı məhəlləsinin hazırda davam edən dağıdılmasını dayandırmaq və onun nəticələrini aradan qaldırmaq üçün təcili tədbirlər görməyə çağırırıq.

Biz ümumi işimiz haqqında beynəlxalq ictimaiyyəti məlumatlandırmaq və onun dəstəyini səfərbər etmək üçün Qərbi Azərbaycan İcması ilə birlikdə işləmək niyyətində olduğumuzu bildiririk. Biz, həmçinin fəaliyyətlərimizi və strategiyalarımızı əlaqələndirmək üçün mütəmadi olaraq məsləhətləşmələr aparmaq barədə razılığa gəldiyimizi bəyan edirik. Biz bu bəyannaməni 7 may 2023-cü ildə Berlin şəhərində qəbul edirik”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nəbiyev britaniyalı nazirlə görüşüb
Texnologiya 10:42
Nəbiyev britaniyalı nazirlə görüşüb
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol