Afrika ölkəsində leysan yağışları 400-ə yaxın insanın həyatına son qoyub
Konqo Demokratik Respublikasının (KDR) şərqində yerləşən Cənubi Kivu əyalətində üç gün əvvəl yağan güclü yağışların yol açdığı daşqın və torpaq sürüşmələri nəticəsində azı 394 nəfər ölüb.
Bu barədə Kalehe rayon administrasiyasının rəsmisi Tomas Bakenqa məlumat verib.
"Buşu və Nyamukubi kəndlərində müvafiq olaraq 142 və 132 meyit tapılıb, daha 120 cəsəd Kivu gölündən çıxarılıb”, - agentlik ona istinadən bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər