"Nemesis" abidəsi sökülməsə başqa addımlar atacayıq - Çavuşoğlu
Ermənistanın xarici işlər naziri Mövlud Çavuşoğlu İrəvanda Nemesis əməliyyatı qəhrəmanlarının xatirəsinə ucaldılmış abidənin sökülməsini açıq şəkildə tələb edib. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin başçısı müsahibəsi zamanı deyib.
"Türkiyə İrəvana xəbərdarlıq edib və abidənin sökülməyəcəyi təqdirdə əlavə tədbirlər görəcək”, - nazir bildirib.
Onun sözlərinə görə, Ankara Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə töhfə vermək üçün addımlar atıb, lakin Yerevan "səmimi olmadığını" göstərib.
"Biz bildirmişdik ki, abidə sökülməsə, münasibətləri normallaşdırmaq əvəzinə əks addımlar atacağıq. Biz onlara Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəmiz vasitəsilə və digər kanallarla tələblərimizi göndərmişik”, - Çavuşoğlu bildirib.
Aprelin 9-da Ankara əvvəlcədən xəbərdarlıq etmədən Flyone Armenia şirkətinə Türkiyə hava məkanı vasitəsilə Avropaya uçuşlar həyata keçirmək üçün əvvəllər verilmiş icazəni ləğv edib.
Türkiyənin xarici işlər naziri hava məkanının bağlanmasını İrəvanda Nemesis əməliyyatı qəhrəmanlarına abidənin açılması ilə izah edib. Ankara abidənin açılışını "təxribat” adlandırıb.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox