• $ 1.7
  • € 1.7786
  • ₽ 1.958
  • ₺ 0.0466
  • £ 2.1511

ABB investisiya imkanlarını hər kəsə əlçatan etdi!

ABB investisiya imkanlarını hər kəsə əlçatan etdi!
08.05.2023 17:55
ABB daha bir faydalı layihəsini təqdim edir. Bankın mobil əlavəsi olan ABB  mobile tətbiqində investisiya imkanları da yaradılıb.  

Bankın törəmə şirkəti "ABB-İnvest”-lə  inteqrasiya sayəsində tətbiqdə bu şirkət  vasitəsilə investisiya xidmətləri  göstərilir. İstifadəçilər ABB mobile-da  
investisiya profili yaradaraq səhm və digər qiymətli kağızların alqı-satqısı ilə məşğul olub qazanc fürsətlərindən  faydalana bilərlər. 

Hələlik ABB mobile ilə ABŞ fond bazarlarında investisiyalar etmək mümkündür.  Yaxın gələcəkdə isə imkanlar daha da genişləndiriləcək.  

ABB mobile tətbiqi ilə investisiya edib qazanmaq təhlükəsiz, rahat və sadədir. İnvestisiyanı məhz ABB mobile ilə etməyin başqa bir çox mühüm üstünlükləri də var: -Müştəri birbaşa öz adına səhmlər və digər qiymətli kağızlar alıb-sata bilir. -250 000 ABŞ dollarınadək pul vəsaiti olmaqla, 500 000 ABŞ dollarınadək  qiymətli kağızlar ABŞ-ın qiymətli kağızlar sahəsində İnvestorların Müdafiəsi  Korporasiyası (The Securities Investor Protection Corporation) tərəfindən dərhal  sığortalanır. 

-İnvestisiyaya başlamaq üçün müştəri lazımi sənədləşmələri filiala  gəlmədən, SİMA rəqəmsal imzası ilə tam onlayn həyata keçirir. -Anında yenilənən investisiya portfelini və pulqabındakı dividend qazancını daim nəzarətdə saxlaya bilir. 

-Səhmləri tam, yaxud hissəvi almaq imkanı var. İnvestisiyaya kiçik  məbləğlərlə də başlamaq olar.  

Üstəlik, mayın sonuna qədər ABB mobile üzərindən investisiya hesabı açan  istifadəçilər qiymətli kağız alışlarını komissiyasız edəcəklər. 

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: "ABB mobile  tətbiqimizin funksionallıqları getdikcə genişlənir. O, müştərilərimizin maliyyə xidmətləri ilə bağlı bütün ehtiyaclarını qarşılayan universal platformaya çevrilir.  Bu dəfə "ABB İnvest” şirkətimizlə ABB mobile-ın imkanlarını birləşdirdik və investisiya fəaliyyətini hər kəsə əlçatan etdik. Bu yenilik ABB mobile istifadəçiləri  üçün yeni qazanc fürsətləri yaradacaq”.  

ABB mobile tətbiqi ilə investisiya imkanları haqqında daha ətraflı məlumatları  buradan əldə etmək olar. İnvestisiya imkanlarından hələlik iOS istifadəçiləri yararlana  bilər. Yaxın günlərdə isə bu imkan Android istifadəçilərinə də açıq olacaq. 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları  Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək  olar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir
İqtisadiyyat 17:21
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir

Yelo Sabit ilə pulunu gəlir mənbəyinə çevir!
İqtisadiyyat 17:09
Yelo Sabit ilə pulunu gəlir mənbəyinə çevir!
Qarabağa ziyarət xarakterli reyslər müntəzəm reyslərlə əvəz edilir
İqtisadiyyat 15:30
Qarabağa ziyarət xarakterli reyslər müntəzəm reyslərlə əvəz edilir
Media nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
İqtisadiyyat 14:38
Media nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
Yanvarda qızıldan əldə olunan gəlir açıqlanıb
İqtisadiyyat 11:26
Yanvarda qızıldan əldə olunan gəlir açıqlanıb
“Azərkosmos”un ixrac gəlirləri artıb
İqtisadiyyat 11:23
“Azərkosmos”un ixrac gəlirləri artıb
Azərbaycan neftinin qiyməti 76 dolları ötüb
İqtisadiyyat 09:58
Azərbaycan neftinin qiyməti 76 dolları ötüb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:18
Bu günə olan məzənnə açıqlanıb
Gələn il qadınların orta əməkhaqqı kişilərin orta əməkhaqqının 80%-nə çatacaq
İqtisadiyyat 14:42
Gələn il qadınların orta əməkhaqqı kişilərin orta əməkhaqqının 80%-nə çatacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol