• $
  • £

Zakir Həsənov və Kərim Vəliyev Türkiyə Milli Müdafiə Universitetinin rektoru ilə görüşüb - FOTO

Zakir Həsənov və Kərim Vəliyev Türkiyə Milli Müdafiə Universitetinin rektoru ilə görüşüb - FOTO
08.05.2023 18:53
Mayın 8-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

MN-dən  verilən məlumata görə, Müdafiə naziri qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Nazir qardaş ölkə ilə digər sahələrdə olduğu kimi hərbi təhsil sahəsində də əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib.

Yenidən ölkəmizə səfər etməsindən razılıq ifadə edən professor E.Afyoncu isə öz növbəsində göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Ölkələrimiz arasında digər sahələrdə olduğu kimi hərbi təhsil sahəsində də əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayıb.

Görüşdə hərbi təhsil sahəsində birgə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Daha sonra türkiyəli nümayəndə heyəti müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə görüşüb. Görüşdə Türkiyə Milli Müdafiə Universiteti ilə qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının Azərbaycan Ordusunda peşəkar kadr heyətinin formalaşmasına müsbət təsir etdiyi qeyd edilib və digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nəbiyev britaniyalı nazirlə görüşüb
Texnologiya 10:42
Nəbiyev britaniyalı nazirlə görüşüb
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol