Emin Əmrullayev Dünya Təhsil Forumunda ikitərəfli görüşlər keçirib
Dünya Təhsil Forumunda iştirak edən elm və təhsil naziri Emin Əmrullayev Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Nurbek Sayasat və Özbəkistan Respublikasının məktəbəqədər və ümumtəhsil naziri Xilola Umarova ilə görüşüb.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, Dünya Təhsil Forumunda ölkəmizi elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Forum çərçivəsində Emin Əmrullayevin "Davamlılığın inkişafında təhsil və təhsil sistemlərinin inkişafında davamlılıq hansı rola malikdir?” adlı 7-ci plenar sessiyada çıxışı nəzərdə tutulur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox