• $
  • £

Ədliyyə Nazirliyi: Penitensiar müəssisələrdə və probasiya qurumlarında əfv sərəncamının icrası təmin edilib

Ədliyyə Nazirliyi: Penitensiar müəssisələrdə və probasiya qurumlarında əfv sərəncamının icrası təmin edilib
08.05.2023 21:47

Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə ölkə Prezidenti tərəfindən 08.05.2023-cü il tarixdə Əfv Sərəncamı imzalanıb.

Ədliyyə Nazirliyindən verilən məlumatda bildirilib ki, dövlət başçısının humanist aktının elə həmin gün Ədliyyə Nazirliyi tərəfindən Milli Məclisin deputatlarının, Ombudsmanın, vətəndaş cəmiyyətinin və medianın iştirakı ilə penitensiar müəssisələrdə, habelə alternativ cəzaların icrasını təmin edən probasiya qurumlarında dərhal icrası təmin edilib.
 
Ümumilikdə 801 məhkumu əhatə edən Sərəncamla 463 nəfər azadlıqdan məhrumetmə cəzasından azad edilib, 220 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Həmçinin, Probasiya xidmətinin nəzarətində olan azadlıqdan məhrumetməyə alternativ cəzalara məhkum edilmiş 118 nəfər əfv olunub. Onlardan 88 nəfəri cərimə, 18 nəfər azadlığın məhdudlaşdırılması, digərləri isə islah, şərti məhkumetmə və digər cəzalardan azad ediliblər.

Əfv Sərəncamının icrası ilə bağlı keçirilən mərasimlərdə çıxış edənlər "Heydər Əliyev İli”ndə Ulu Öndərin yubileyi münasibətilə qəbul olunmuş Əfv Sərəncamının mahiyyətini və əhəmiyyətini diqqətə çatdırıb, əfv olunan şəxslərin bu humanist aktdan düzgün nəticə çıxaracaqlarına, azad cəmiyyətə qovuşaraq Azərbaycanın layiqli vətəndaşları olacaqlarına əminliklərini ifadə ediblər.

Müstəqillik tariximizin ən böyük əfv aktı olan bu Sərəncam cəmiyyətimizdə böyük rəğbətlə qarşılanıb, azadlığa çıxan şəxslər yubiley ilində, Ümummilli Liderin 100 illiyi münasibətilə azad edilmələrindən yüksək sevinc hisslərini bölüşüb, əfv olunanlar, onları qarşılamağa gələn ailə üzvləri və yaxınları göstərdiyi humanistliyə görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Cəmiyyət 20:10
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Sabirabadda avtoqəza olub, ölən var
Cəmiyyət 19:30
Sabirabadda avtoqəza olub, ölən var
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Cəmiyyət 17:45
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Bakcell-də hədiyyə mövsümü başladı
Cəmiyyət 16:28
Bakcell-də hədiyyə mövsümü başladı
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:17
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Siyasət 15:58
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Cəmiyyət 14:47
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:39
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycan Qran-prisinə start verilib
Cəmiyyət 12:33
Azərbaycan Qran-prisinə start verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol