Azərbaycanda inflyasiya yavaşladı

2023-cü ilin aprelində Azərbaycanda inflyasiya martda olan 0,7%-dən 0,3% səviyyəsinə enib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
"Apreldə Azərbaycanda inflyasiya 0,3% təşkil edib. Eyni zamanda, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,3 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,3 faiz, xidmətlərin qiymətləri 0,4 faiz bahalaşıb”, - Dövlət Statistika Komitəsi bildirilib.
2023-cü ilin aprelində 2022-ci ilin apreli ilə müqayisədə inflyasiya (12 aylıq) 12,8% təşkil edib. Bununla yanaşı, 2023-cü ilin aprelində 2022-ci ilin aprelinə nisbətən ərzaq məhsulları 15,1 faiz, qeyri-ərzaq məhsulları 11,3 faiz, xidmətlər 10,7 faiz bahalaşıb.
Statistikaya görə, apreldə ət və ət məhsulları 1,4%, süd məhsulları 0,1%, meyvələr 2,3%, mürəbbə, bal, şokolad və şirniyyatlar 0,3%, şəkər, çay və kakao 0,2% , mineral və sərinləşdirici içkilər - 0,6%, spirtli içkilər - 0,4%, tütün məmulatları - 3,3% bahalaşıb.
Apreldə çörək, çörək məhsulları və dənli bitkilərin qiymətləri 0,5%, balıq və balıq məhsullarının qiymətləri 0,6%, yumurta 2,8%, kərə yağı və bitki yağları 0,6%, tərəvəzlərin qiymətləri 1,7% ucuzlaşıb.
Statistikaya görə, 2023-cü ilin aprelinın sonunda orta illik inflyasiya martın sonundakı 13,8%-ə qarşı 13,5%-ə enib. Eyni zamanda, ərzaq məhsullarının qiymətlərinin orta illik artımı 16,6%, qeyri-ərzaq mallarının qiymətlərinin 11,8%, xidmətlərin qiymətlərinin 10,7% təşkil edib.
İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, 2023-cü ildə Azərbaycanda orta illik inflyasiya 6,9% təşkil edəcək.
2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9% təşkil edib.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 