Cari ilin 4 ayında Dövlət Vergi Xidmətinin xətti ilə vergi daxilolmalarının həcmi artıb

Cari ilin dörd ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 52.4% artıb. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter hesabında yazıb.
2023-cü ilin yanvar-aprelində 7 milyard 672,2 molyon manat təşkil edib.
"Vergi daxilolmalarının artımında "kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması istiqamətində atılan addımların əhəmiyyətli rolu var”- nazir qeyd edib.
Bu müddətdə qeyri neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 16.7% artaraq 4 mlrd. 3.4 mln. manat olub.
2023-cü ildə dövlət büdcəsi gəlirlərinin 13402,0 milyon manatı və ya 43,6 faizi Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə daxilolmaların payına düşür.
Dövlət Vergi Xidmətinin xətti ilə 2023-cü il üzrə dövlət büdcəsinə proqnozlaşdırılan daxilolmaların 62,6 faizi və ya 8385,0 milyon manatı qeyri-neft sektorunun, 37,4 faizi və ya 5017,0 milyon manatı neft sektorunun payına düşür.
DVX xətti ilə proqnozlaşdırılan daxilolmaların məbləği ÜDM-in 12,6 faizi həcmində nəzərdə tutulub.

Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 