• $ 1.7
  • € 1.7786
  • ₽ 1.958
  • ₺ 0.0466
  • £ 2.1511

Leobank 1 milyondan çox müştəri cəlb edib və mənfəətə çıxıb

Leobank 1 milyondan çox müştəri cəlb edib və mənfəətə çıxıb
11.05.2023 13:08
Bir milyondan çox vətəndaşımız artıq Leobank-ın müştərisidir. Bununla bağlı "Unibank”ın açıqlamasında bildirilir. Bankdan həmçinin Leobank mobil bankçılıq xidməti ilə bağlı bəzi rəqəmlər və gələcək planlar barəsində açıqlama verilib.

Leobank, 2021-ci ilin sonunda fəaliyyətə başlayıb. Leo müştəriləri ümumilikdə 12 milyard manatdan çox ödəniş, 200 milyondan çox əməliyyat həyata keçiriblər. Leo kartları üzrə kredit portfeli 200 milyon manatdan çox təşkil edib.

"Leobank bu il artıq sabit mənfəət əldə edib", - "Unibank”ın açıqlamasında deyilir. "Lakin biz müştərilərimizi demək olar ki, hər həftə təəccübləndirmək və sevindirmək üçün yeni məhsullarımızı və xidmətlərimizi təqdim etməyi planlaşdırırıq".

Son bir neçə ay ərzində Leobank, müştərilərinə səhm və kriptovalyuta sərmayə xidməti, abunə idarəetməsi (birbaşa Leo tətbiqində karta bağlı olan servisləri dayandırmaq imkanı), partnyor mağazalarda hissə-hissə ödəniş, partnyorlarda cashback qazanmaq imkanı və digər xidmətləri təqdim edib.

Leobank bir milyon müştəri ilə kifayətlənməyi planlaşdırmır.

"Unibank”dan bildirilib ki, "Leobank Bakıda böyük populyarlıq qazanıb, lakin paytaxtdan kənarda müştəriləri cəlb etmək üçün hələ çox işlər görülməlidir”.

Bank rəhbərliyinin fikrincə, yaxın gələcəkdə "Leobank” bir sıra yeni məhsul və xidmətlər təqdim edəcək. Xüsusən də pullarını toplamaq istəyən müştərilər üçün rahat və sərfəli təkliflər olacaq.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir
İqtisadiyyat 17:21
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir

Yelo Sabit ilə pulunu gəlir mənbəyinə çevir!
İqtisadiyyat 17:09
Yelo Sabit ilə pulunu gəlir mənbəyinə çevir!
Qarabağa ziyarət xarakterli reyslər müntəzəm reyslərlə əvəz edilir
İqtisadiyyat 15:30
Qarabağa ziyarət xarakterli reyslər müntəzəm reyslərlə əvəz edilir
Media nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
İqtisadiyyat 14:38
Media nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
Yanvarda qızıldan əldə olunan gəlir açıqlanıb
İqtisadiyyat 11:26
Yanvarda qızıldan əldə olunan gəlir açıqlanıb
“Azərkosmos”un ixrac gəlirləri artıb
İqtisadiyyat 11:23
“Azərkosmos”un ixrac gəlirləri artıb
Azərbaycan neftinin qiyməti 76 dolları ötüb
İqtisadiyyat 09:58
Azərbaycan neftinin qiyməti 76 dolları ötüb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:18
Bu günə olan məzənnə açıqlanıb
Gələn il qadınların orta əməkhaqqı kişilərin orta əməkhaqqının 80%-nə çatacaq
İqtisadiyyat 14:42
Gələn il qadınların orta əməkhaqqı kişilərin orta əməkhaqqının 80%-nə çatacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol