• $ 1.7
  • € 1.7786
  • ₽ 1.958
  • ₺ 0.0466
  • £ 2.1511

4 ayda Avropaya ixrac olunan təbii qazın həcmi açıqlanıb

4 ayda Avropaya ixrac olunan təbii qazın həcmi açıqlanıb
12.05.2023 11:00
2023-cü ilin dörd ayında Azərbaycanın təbii qaz ixracının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 % çoxalaraq, 8,4 milyard kubmetr təşkil edib. Bunu Energetika naziri Pərviz Şahbazov tviterdə hesabında yazıb.
 
Bildirilir ki, qaz ixracının həcmi 3,9 milyard kubmetri Avropaya, 3,4 milyard kubmetri Türkiyəyə, 1,1 milyard kubmetri isə Gürcüstana ixrac olunub.

Onun sözlərinə görə, 4 ay ərzində Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Türkiyəni 1,9 milyard kubmetr "mavi yanacaq"la təchiz edib.
 
Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Türkiyəyə Azərbaycanın "Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur.

Hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 11 milyard kubmetr qaz təşkil edir.

TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər.

TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.
 
Aytac Zeynalova



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir
İqtisadiyyat 17:21
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir

Yelo Sabit ilə pulunu gəlir mənbəyinə çevir!
İqtisadiyyat 17:09
Yelo Sabit ilə pulunu gəlir mənbəyinə çevir!
Qarabağa ziyarət xarakterli reyslər müntəzəm reyslərlə əvəz edilir
İqtisadiyyat 15:30
Qarabağa ziyarət xarakterli reyslər müntəzəm reyslərlə əvəz edilir
Media nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
İqtisadiyyat 14:38
Media nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
Yanvarda qızıldan əldə olunan gəlir açıqlanıb
İqtisadiyyat 11:26
Yanvarda qızıldan əldə olunan gəlir açıqlanıb
“Azərkosmos”un ixrac gəlirləri artıb
İqtisadiyyat 11:23
“Azərkosmos”un ixrac gəlirləri artıb
Azərbaycan neftinin qiyməti 76 dolları ötüb
İqtisadiyyat 09:58
Azərbaycan neftinin qiyməti 76 dolları ötüb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:18
Bu günə olan məzənnə açıqlanıb
Gələn il qadınların orta əməkhaqqı kişilərin orta əməkhaqqının 80%-nə çatacaq
İqtisadiyyat 14:42
Gələn il qadınların orta əməkhaqqı kişilərin orta əməkhaqqının 80%-nə çatacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol