Azərbaycan əhalisi istehlak xərclərini artırıb

2023-cü ilin yanvar-aprelində ölkədə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 16,4 milyard manatlıq, o cümlədən 9,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6,9 milyard manatlıq qeyri-ərzaq malları satılıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 %, qeyri-ərzaq malları üzrə 4 % artıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 52,7 %-i ərzaq məhsullarının, 4,9 %-i içkilər və tütün məmulatlarının, 13 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 %-i avtomobil benzini və dizel yanacağının, 4,4 %-i elektrik malları və mebellərin, 2,4 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,8 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Cari ilin dörd ayında qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,9 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 %-ni təşkil edib.
2022-ci ilin yanvarı ilə müqayisədə 2023-cü ilin yanvarında pərakəndə əmtəə dövriyyəsi real ifadədə müəssisələr üzrə 1,4 faiz, bazar və yarmarkalarda 2,5 faiz, fərdi sahibkarlar üzrə 3,9 faiz artıb.
Yanvarda əhalinin hər nəfərinə ərzaq, içkilər və tütün məmulatlarının alınmasına 236,9 manat, qeyri-ərzaq mallarının alınmasına 187,4 manat xərclənib.
2022-ci ilin sonunda əhali istehlak mallarının alınmasına xərcləri 3,1% artırıb.
Yanvarda əhalinin hər nəfərinə ərzaq, içkilər və tütün məmulatlarının alınmasına 236,9 manat, qeyri-ərzaq mallarının alınmasına 187,4 manat xərclənib.
2022-ci ilin sonunda əhali istehlak mallarının alınmasına xərcləri 3,1% artırıb.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 