SOFAZ aktivləri artıb

Dövlət Neft Fondunun (SOFAZ) aktivləri 54 milyard ABŞ dollarını keçib. Bu barədə SOFAZ məlumat yayıb.
Məlumata görə, bu rəqəm fond yaradılarkən (1999-cu ildə, red) 271 milyon ABŞ dollar olub.
Fonddan verilən məlumata görə, SOFAZ vəsaitlərinin 96,2%-i yüksək reytinqli A, AA və AAA aktivlərində yerləşdirilib.
SOFAZ investisiya portfelinin 35,8%-i Şimali Amerikada, 28,7%-i Avropada, 15,1%-i Asiya-Sakit Okean regionu ölkələrində, 0,1%-i Cənubi Amerikada, 0,3%-i isə ölkədə yerləşdirilib.
Azərbaycan Neft Fonduna neft və qaz müqavilələrinin həyata keçirilməsindən, neft və qazın ölkə ərazisindən nəqli üçün tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və s.əldə edilən vəsaitlər daxil olur.
2022-ci ildə ARDNF hərraclarda 4 milyard 681,8 milyon ABŞ dolları məbləğində xarici valyuta satıb. Bu da 2021-ci ildən 30% azdır.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 