Azərbaycanda orta aylıq əməkhaqqı artırılıb

2023-cü ilin ilk üç ayında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 11,4 % artaraq 901 manat olub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Cari ilin yanvar-fevralında ölkədə maaşların orta həddi 854 manat təşkil edib.
2023-cü ilin yanvarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 086,9 manat olub, bu da ötən ilin eyni dövrünə nisbətən 11,5 faiz artıb.
Prezident İlham Əliyev "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncamla 2023-cü il yanvarın 1-dən minimum aylıq əməkhaqqının məbləği 15 faiz artırılaraq 300 manatdan 345 manata, minimum pensiya məbləği isə 16,7 faiz artırılaraq 240 manatdan 280 manata yüksəldilib.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 